Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
Kür çayının Sabirabad rayonunun Yuxarı Axtaçı kəndindən keçən hissəsində anti-sanitar vəziyyət hökm sürür. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə səyahət videoları ilə tanınan bloger Pələng Kərimov sosial şəbəkə hesabında paylaşım edib. O, çayın Yuxarı Axtaçı kəndindən keçən hissəsinin yerli sakinlər tərəfindən zibilləndiyini bildirib. Blogerin sözlərinə görə, təkcə çayın sahili deyil, Kür qırağı boyunca böyük bir ərazi sakinlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən zibilliyə çevrilib. Asena, BakuPost
Oxunub: 144
Xəbəri paylaş
Paylaş:





















