Ukrayna OZON-un obyektlərini yenə vurdu
Ukrayna ordusu avqustun 24-nə keçən gecə Krasnodar və Dağıstanda (Rusiya) OZON şirkətinin logistika obyektlərinə PUA-larla hücum edib. Zərbələrdən sonra güclü yanğın başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti Teleqramda məlumat yayıb. Qeyd olunub ki, Mahaçqalada zərbələr zamanı bir neçə nəfər xəsarət alıb. "Bütün sistemlər ştat rejimində işləyib, biz əməkdaşları operativ şəkildə təxliyə etdik. Anbarların işi dayandırılıb”, - məlumatda bildirilib. Qeyd edək ki, OZON şirkətinin obyektləri ilk dəfə avqustun 22-nə keçən gecə Samara vilayətində hücuma məruz qalıb.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















