Ağstafada "TikTok" üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI
Ağstafada elektrik cərəyanı vuran yeniyetmənin son durumu açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, avqustun 21-i saat 23:00-da 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Sifətin, boyunun, hər iki yuxari ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir". Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "TikTok" sosial şəbəkə platforması üçün video çəkmək istəyən azyaşlını elektrik cərəyanı vurub. O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma başlanılıb.





















