Bayramın qardaşı da vəfat etdi: Anasını öldürmüşdü...
Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib. Mediaxeberleri.Az nocomment.az-a istinadla xəbər verir ki, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir. Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır. Qeyd edək ki, avqust ayının 1-də Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















