Qazaxda QƏZA: 3 nəfər öldü
Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsilə toqquşub. İlkin məlumata görə, hadisə zamanı 3 nəfər həlak olub. İki avtomobilin toqquşması nəticəsində Səkinə Mustafayeva (1958-ci təvəllüdlü), Məqsəd İbrahimov (1968-ci il təvəllüdlü) və Fəxrəddin Mustafayev (1959-cu il təvəllüdlü) hadisə yerində vəfat ediblər. Bundan başqa xəsarət alan 1997-ci il təvəllüdlü Şəadət Mustafayev xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Qazax rayonunda ölümlə nəticələnən ağır qəza baş verib.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş:





















