Xalq artisti Şükufə Yusupovanı "İçərişəhər" metrostansiyasının yaxınlığında maşın vurub, reanimasiyadadır - YENİLƏNDİ
Dünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (Şükufə Yusupova - red.) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verilib. Bildirilib ki, xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir./APA *** 13:55 Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.





















