Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
Goranboy rayonunda qətl hadisəsi baş verib. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb. İlkin məlumata görə, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Şahin Aslanov ailə münaqişəsi zəminində yaşadığı evdə oğlu, 1993-cü il təvəllüdlü Elvin Aslanova kəsici alətlə xəsarətlər yetirib. Ağır xəsarətlər alan 33 yaşlı Elvin Aslanov hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin Aslanovun qətlində şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















