"Qəbələ" debütanta məğlub oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib. Mediaxeberleri.Az xəbər verir ki, açılış oyununda "Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib. Görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Mark Quel vurub. Günün digər matçında isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək. Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb. Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















