Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
Xalq şairi Nəriman Həsənzadə torpağa tapşırılıb. Mediaxeberleri.Az xəbər verir ki, Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn edilib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb. Mediaxeberleri.Az xəbər verir ki, vida mərasimində mərhumun zəngin həyat və yaradıcılıq yolundan danışılıb. Mərasimin ardınca Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir. Mediaxeberleri.Az xəbər verir ki, mərasim Beynəlxalq Muğam Mərkəzində baş tutur. Vida mərasimində ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirlər. Xalq şairinin nəşi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.


































































