Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...

  • Tarix: 26-07-2026, 09:48

Rusiya-Ukrayna müharibəsinin gedişinə əsasən belə bir qənaətə gəlmək olar ki, klassik arxa cəbhə anlayışı tədricən tarixə qovuşur. Bu müharibənin arealı genişlənib, artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır və hər iki ölkənin ərazisini əhatə edir. Rusiyanın Avropa hissəsi demək olar ki, Ukraynanın uzaqmənzilli dronlarının real hədəfinə çevrilib.

Məlumdur ki, müharibənin gedişinə təsir göstərən başlıca amillər sırasında uzunmüddətli resurslar, hərbi-texnoloji potensial, əhalinin psixoloji dözümlülüyü ilə yanaşı, strateji planlamanın necə qurulması da mühüm yer tutur. Müharibədə zəngin təcrübə toplamış Rusiya və Ukrayna orduları artıq bir-birinin güclü və zəif tərəflərini yaxşı bilirlər. Buna görə də hər iki tərəf strategiyasını bu reallığa uyğun şəkildə yenidən formalaşdırır.

Ukraynaya təcavüz etdiyi vaxtdan indiyədək Rusiya hərbi komandanlığı öz strategiyasını bir neçə dəfə dəyişib, daha doğrusu, buna məcbur qalıb. İşğalın əvvəlində Rusiyanın strategiyası "ildırımsürətli qələbə"yə əsaslanırdı. Kremldə hesab edirdilər ki, Kiyevi çox qısa müddətdə hərbi yolla ələ keçirərək bu ölkəyə yenidən siyasi dizayn verəcəklər. Vladimir Putinin iştirakı ilə Rusiya Baş Qərargahının hazırladığı işğal planı baş tutmadı. Bundan sonra onlar blitskriq strategiyasından imtina edərək yeni plan hazırlamağa məcbur oldular.

Həmin plana əsasən Rusiya ordusu ilk növbədə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tam işğal etməli idi. Lakin tam nəzarətə götürə bilmədiyi bu vilayətləri belə Vladimir Putin saxta referendumlar vasitəsilə Rusiyaya birləşdirdi.

Rusiya komandanlığının dörd vilayəti tam işğal etmək planı fiaskoya uğradıqdan sonra Putinin göstərişi ilə ölkənin və ordunun bütün potensialı yeni strategiyanın – "düşmənin taqətdən salınması strategiyası"nın həyata keçirilməsinə yönəldildi. Kremlin yaxın perspektivdə əsas məqsədi Donetsk vilayətinin Kramatorsk və Slavyansk şəhərlərini işğal etməkdir.




Rusiya dörd ilə yaxındır ki, yüz minlərlə əsgərin iştirakı ilə həyata keçirdiyi "ət hücumları" hesabına bu maneəni yarmağa çalışır. Lakin indiyədək istədiyi nəticəni əldə edə bilməyib. Kreml rəhbəri Ukraynanın zamanla taqətdən düşəcəyinə və cəbhə xəttinin nə vaxtsa yarılacağına ümid edir.

Rusiya öz strategiyası çərçivəsində Ukrayna şəhərlərini bombalamaqda davam edir. Ukrayna isə Rusiyanın insan resursları baxımından üstünlüyünü nəzərə alaraq tamamilə fərqli strategiya yürüdür. Müharibə başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələri, demək olar ki, müəyyən etdiyi ümumi strategiyadan kənara çıxmayıb. Onlar yalnız ayrı-ayrı taktiki dəyişikliklər ediblər.

Ukrayna hələ ki, öz strategiyasını tam şəkildə həyata keçirə bilmir. Çünki onun silah arsenalında kifayət qədər ballistik və qanadlı raket yoxdur. Bu istiqamətdə işlər davam etsə də, Kiyev hələ müharibənin taleyini köklü şəkildə öz xeyrinə dəyişəcək həcmdə belə silahlara malik deyil.




Ballistik və qanadlı raketlərin istehsalını yüksək səviyyəyə çatdırana qədər Ukrayna vahid strategiyanın tələblərinə uyğun olaraq yalnız cəbhədə müdafiə xəttini qorumaqla kifayətlənməyəcək. Eyni zamanda, Rusiya ərazisində yerləşən hərbi aerodromları, silah və sursat anbarlarını, hərbi zavodları, yanacaq bazalarını, neft emalı zavodlarını, elektrik stansiyalarını, dəniz limanlarını və neft doldurma terminallarını dron hücumları ilə hədəfə almağa davam edəcək.

Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələri ümumi strateji plan çərçivəsində Rusiya cəmiyyətini sarsıda biləcək güclü və dağıdıcı zərbələr seriyasına artıq start verib. Rusiyanın iri həcmli mülki logistika mərkəzlərinin məhv edilməsi, görünür, bu strategiyanın yalnız başlanğıcıdır.

Rusiyanın ən böyük elektron ticarət platforması olan **"Wildberries"**in paylama mərkəzlərinə edilən dron hücumlarından sonra əhali arasında ciddi narahatlıq yaranıb. Ukrayna bu mərkəzlərdə ikili təyinatlı məhsulların satıldığını bildirir. Əslində isə müharibə şəraitində bu cür ikili təyinatlı malların satışını Rusiyada fəaliyyət göstərən istənilən iri şirkət həyata keçirə bilər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bir çox analitiklərin qənaətinə görə, benzin böhranı ilə müqayisədə logistika anbarlarında baş verən yanğınlar cəmiyyətdə daha böyük psixoloji sarsıntı yaradıb. Çünki Rusiyada "Wildberries"lə yanaşı, "Ozon", "Yandex Market" və "Megamarket" kimi iri onlayn satış şəbəkələri də fəaliyyət göstərir və onların logistika mərkəzlərinin də gələcəkdə zərbələrə məruz qalacağı istisna edilmir.



Rusiya son illərdə çoxsaylı iri avtomatlaşdırılmış anbarların və çeşidləmə sistemlərinin fəaliyyətini təmin edən logistika mərkəzlərinin tikintisinə böyük sərmayələr yatırıb. Bu mərkəzlər "marketplace" sistemi vasitəsilə məişət texnikasından tutmuş kosmetikaya qədər minlərlə adda məhsulun satışını həyata keçirir. Rusiyada orta və kiçik sahibkarlığın inkişafında bu sistem mühüm rol oynayır və geniş əhali kütləsini əhatə edir.

Məhz buna görə də belə obyektlərə endirilən zərbələr banklardan kredit götürərək biznes quran insanların maliyyə vəziyyətinə benzin qıtlığında olduğu kimi dolayı deyil, birbaşa zərbə vurur və onları müflisləşmə təhlükəsi ilə üz-üzə qoyur.

Ekspertlərin hesablamalarına görə, "Wildberries" platformalarının vurulması nəticəsində ümumi zərərin həcmi təxminən 2 milyard dollar təşkil edir. Buraya yalnız məhv olmuş mallar deyil, həm də biznes fəaliyyətinin dayanması nəticəsində yaranan dolayı iqtisadi itkilər daxildir.

Lakin bu, Rusiyanın nəhəng istehlak və logistika sisteminin yalnız bir hissəsidir. Ölkədə "marketplace" şəbəkələri ilə yanaşı, "Magnit Logistics", "CDEK", "Lenta Logistics", "Detskiy Mir Logistics" kimi iri şirkətlərin logistika mərkəzləri də fəaliyyət göstərir və onlar da dron hücumları üçün nisbətən asan hədəfə çevrilə bilərlər.

Baş verən son hadisələrdən sonra yaranmış ictimai təşvişə baxmayaraq, Ukraynanın dron hücumlarının Rusiya cəmiyyətində Kreml rəhbərinə qarşı dərin və kütləvi nifrət formalaşdırdığını söyləmək hələ tezdir. Rusiyalıların əksəriyyəti ölkədəki benzin qıtlığını, logistika mərkəzlərinin vurulmasını, əsgər itkilərini, Krımın blokadaya alınmasını və inflyasiyanın yüksəlməsini birbaşa Vladimir Putinin başlatdığı müharibənin nəticəsi kimi qiymətləndirmir.




Rusiya cəmiyyəti psixoloji baxımdan elə bir vəziyyətə gətirilib ki, sanki onların hadisələri rasional qiymətləndirmək qabiliyyəti zəifləyib. Mövcud təşviş daha çox məntiqli düşüncənin deyil, instinktiv qorxunun refleksiv təzahürü təsiri bağışlayır.

Şübhəsiz ki, Rusiyanın bütün bölgələrində müharibənin fəsadları eyni səviyyədə hiss olunmur. Sosial psixologiyaya görə, insan uzun müddət təhlükəli şəraitdə yaşadıqda tədricən həmin vəziyyətə uyğunlaşır və onu yeni normal həyat reallığı kimi qəbul etməyə başlayır.

Doğrudur, Ukraynanın dron hücumları Rusiya iqtisadiyyatına ciddi zərbələr vurur. Lakin bu hücumlar hələlik sosial həyatı iflic edəcək miqyasda dağıntılar yaratmayıb. Əgər hücumların intensivliyi artar və iqtisadi itkilər əmək bazarına, həmçinin həyati əhəmiyyət daşıyan infrastrukturun fəaliyyətinə birbaşa təsir göstərərsə, onda hakim elita daxilində ciddi çaxnaşma yarana bilər.

Rusiyada fundamental dəyişikliklər tarixən həmişə hakim zümrənin təşəbbüsü ilə baş verib. 1917-ci ilin Fevral inqilabında elitanın mühüm rolu olmasaydı, bolşeviklərin həmin ilin oktyabrında hakimiyyəti ələ keçirməsi də mümkün olmazdı.

Beləliklə, əgər Ukrayna ordusu qış aylarında Rusiyanın iri şəhərlərində yerləşən mərkəzi istilik stansiyalarını sıradan çıxarmağa başlasa, onda həm geniş əhali kütləsi, həm də hakim elita müharibənin artıq onların evlərinə daxil olduğunu bütün ağırlığı ilə hiss edəcək. Əgər bu fəsadlar kütləvi xarakter alarsa, Rusiya hakim elitası vəziyyətin daha da ağırlaşacağını anlayacaq.

Uzun illər ərzində Rusiyada siyasi sistem elə qurulub ki, Kreml rəhbəri üçün əsas təhlükə küçə etirazlarından daha çox, məhz hakim elitanın daxilindən gələn narazılıq ola bilər.

Vaqif Nəsibov

"AzPolitika.info"


Oxunub: 3 041
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.