Azərbaycan Premyer Liqası: "Turan Tovuz" - "Şamaxı" matçında qalib müəyyənləşmədi, "Neftçi"dən böyükhesablı qələbə
Bu gün Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb. Digər görüşdə isə "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb. Matç "ağ-qaralar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23 avqust (bazar) Misli Premyer Liqası, 2-ci tur 20:45.“Neftçi” – “Araz-Naxçıvan” - 5:0 Qol: Breno Almeyda, 14, 17, Falaye Sako, 35, İqor Ribeyro, 41, Endryu Qravilyon, 90 18:30.“Turan Tovuz” – “Şamaxı” - 0:0 22 avqust “Zirə” - “İmişli” - 3:1 “Qəbələ” - “Şəfa” - 0:1 Qeyd edək ki, 2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Palms Sports Arena” 20:45
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Tovuz şəhər stadionu





















