Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov

Son xəbərlər :
  • Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
  • Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
  • Palata Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini audit edib
  • 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
  • Masallıda bələdiyyə sədri ağacları qanunsuz kəsməkdə ittiham olundu - FOTO
  • Amid Ağakişiyev yeniyetmələr arasında Dünya Kubokunda gümüş medal qazanıb
  • "Bombaların Anası" gündəmdə: ABŞ və İsrail İrana qarşı daha dağıdıcı əməliyyatlara hazırlaşır?
  • Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı
  • Qazaxda TIR yanıb - FOTO
  • Bu rayonlarda ağaclar qanunsuz kəsilib - 40 min manatdan çox ziyan var
  • Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?
  • Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
  • Benzin və dizel mühərrikli maşınlarla vidalaşırıq: Elektromobillərə necə keçəcəyik?
  • Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Azərbaycanda bu mənzillər bahalaşacaq
  • Kredit götürənlərin diqqətinə: Borc bataqlığına düşməmək üçün bu qaydanı bilin!
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bir sıra fənlərin proqramları təsdiqləndi
  • Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi - Video
  • Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BŞTİ müdirinə daha bir "dost" zərbəsi - MLK-da nə baş verir?!

  • Tarix: Dünən, 10:36

"Rəfiqələr dairəsi"ndə hansı qanunlar işləyir?


Azərbaycan təhsilinin əsas problemi ilk növbədə  rəhbər təcrübəsizliyi, kadr seçimində şəxsi münasibətlərin önə çəkilməsindən qaynaqlanır. Ona görə təhsildə hər iş baş-ayaq olub, sadə və savadsız adamlar belə atılan əcaib addımlara təəccüblənirlər.


Bu xüsusda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın idarəetməsi və kadr təyinatları ən gülməli gedişlərdəndir. Xanım Hüseynova bir məktəbi idarə edə bilməyən direktora bəzən 2-3 məktəbi həvalə edir.


Nərminə Hüseynova son qərarı ilə Bakının mərkəzində yerləşən Məktəb-Lisey Kompleksinə öz rəfiqəsi, 93 nömrəlı məktəbin direktoru Xalidə İbrahimovanı rəhbər təyin edib. Ötən dərs ilinin sonunda Nərminə Hüseynova rəfiqəsi Xalidə İbrahimovanı Bakı şəhəri 42 nömrəli məktəbə də direktor əvəzi  göndərmişdi.  Kollektiv necə etiraza qalxdısa Xalidə İbrahimova yay tətilindən sonra 42 nömrəlı məktəbə bir daha ayaq basmadı, yəni rəfiqə  əməliyyatı burada alınmadı. İndi isə başıbəlalı Məktəb-Lisey Kompleksində Xalidə İbrahimovanın əməliyyatı başlayıb. Rəfiqəsi Nərminə Hüseynovadan güc alan direktor əvəzi  Xalidə İbrahimova MLK kollektivinə elə hədə-qorxu gəlir ki, elə bil bunu kimsə tanımır, keçmişini bilmirlər. Lisey rəhbərliyini və müəllimləri təhqir edir, "mən sizinçün lox deyiləm" tipli ifadələrlə  məktəbə, pedaqoqa yaraşmayan sözlər işlədir. Oktyabr ayında yenidən dərs bölgüsü eşqinə düşən Xalidə İbrahimova illərdir imtahandan keçmədən direktoru olduğu 93 nömrəlı məktəbdəki dərəbəylik, yığım qaydalarını MLK-da da tətbiq etmək istəyir.


Yəqin ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun təpkisi ilə BŞTİ-nin müdiri Nərminə Hüseynovanın bu dəfəki "rəfiqə əməliyyatı" da gözündə qalacaq. Necə ki 42 nömrəlı məktəbdə qaldığı kimi.


Məlumat üçün qeyd edək ki, BŞTİ müdirinin "rəfiqə dairəsi"ndə Bakı şəhəri 20, 56, 216, 20, 225, 207, 244 nömrəli məktəblərin və digərlərinin direktorlarının da adını çəkə bilərik. Bir neçə ildir paytaxtın ən böyük və prestijli məktəblərindən biri olan 20 nömrəlı məktəb-liseyə də öz rəfiqəsi Yasəmən Əliyevanı direktor əvəzi kimi təyin edən Nərminə Hüseynova hələ də MÜTDA-nın rəyini alaraq onu tamhüquqlu direktor təyin etdirə bilmir. 56 nömrəlıməktəbin direktoru Könül Hüseynova da BŞTİ müdirindən aldığı güclə at oynadır, sərbəst yığım aparır, məktəbdən çox Nobelin ev muzeyində (!) olur. 244 nömrəlı məktəbin direktor əvəzi Röya Qurbanova da paralel olaraq həm də 135 nömrəlı məktəbin direktorudur. Məktəbin başsız qalmasının nəticəsidir ki, ötən ay 244 nömrəlı məktəbin şagirdi dərs vaxtı nəzarətsiz halda binanı tərk edərək itmişdi. Həmçinin Röya Qurbanovanın müəllimlərlə kobud davranışı, etdiyi qanunsuz tələblər haqqında da mediada kifayət qədər məqalələr və reportajlar verilib. Bu yaxınlarda 244 nömrəlı məktəbə qazi direktor təyin olunsa da, fövqəladə (!) gücə sahib olan Röya Qurbanova yenidən məktəbi ələ keçirib, qazi direktoru məktəbdən uzaqlaşdırıb.


Bir müddət  öncə Bakı şəhəri 207 nömrəlı məktəbin direktoru Yaqut Müseyibli də Nərminə Hüseynovanın sevimli kadrı kimi özünü doğrultmayaraq biabırçı səs yazısı ilə işdən qovulmuşdu. 216 nömrəlı məktəbin direktoru vəzifəsinin həvalə (!) olunduğu Çinarə Cəbrayılova isə Nərminə Hüseynovanın ərinin dayısı gəlinidir. Onun əsasən  hərbiçi uşaqlarının oxuduğu məktəbdə etdiyi özbaşınalıqlar, hərbiçi ailə üzvü olan müəllimlərə qarşı təhqiramiz davranışları, işdən qovdurduğu müəllimlərlə çəkişmələri haqqında da mediada dəfələrlə faktlarla və vodeo görüntülər əsasında yazılıb. 225 nömrəlı məktəbin direktoru vəzifəsinin müvəqqəti isrası isə Nərminə Hüseynovanın  rəfiqəsinin rəfiqəsinə, yəni əvvəl 60 nömrəlı məktəbin direktoru olmuş, BŞTİ müdirinin rəfiqəsi və 20 nömrəli məktəb-liseyin direktor əvəzi Yasəmən Əliyevanın keçmiş müavini Aytən Qibləliyevaya həvalə olunub. 225 nömrəlı məktəbin kollektivi də bundan o qədər  pəjmürdə olub ki, heç kimin əli işə yatmır. Deyirlər ki, illərlə can qoyduq, kollektivdən birimizə rəhbərlik həvalə olunmadı, rəfiqənin rəfiqəsi gəlib çıxdı başımıza. Şəhərin mərkəzindəki Heydər Əliyev adına liseyin direktoru, Ramiz Mehdiyevin ailə çevrəsinə daxil yaxın qohumu (!)  Sevinc Orucova,  23 nömrəlı məktəbin direktoru Nigar Hənifəyeva, Elitar gimnaziyanın direktoru Səadət Cahandarova və başqa seçilmişlər də BŞTİ müdiri  Nərminə Hüseynovanın yaxın rəfiqələri siyahısında olanlardandır.


Sevinc Orucova dayısına görə o qədər aqressivləşib ki, məktəbin ən savadlı müəllimi, YAP üzvü, əməkdar müəllim Nəzakət Məmmədovanı liseydə fəaliyyətini davam etdirməyə imkan verməyib. Nəzakət Məmmədova sertifikasiya imtahanlarında 54 bal toplayaraq müəllim kimi yüksək səviyyədə olduğunu təsdiq etsə də, tələb olunanlarla razılaşmadığı  üçün bu gün işsiz qalıb. BŞTİ-nin müdirinə bu haqsızlıqla bağlı müraciət etsə də, Nərminə Hüseynova lisey direktoru Sevinc Orucovanın namını yerə verməyib, onun Mehdiyev dövründən olan nüfuzuna xələl gəlməsinə razılaşmayıb. Maraqlıdır ki, pandemiya dövründə qaydaları pozaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakına görə işdən atılacağı gözlənilsə də, Sevinc Orucova o zaman da quruca töhmətlə canını qurtara bilmişdi.   


"Rəfiqə əməliyyatı" bununla bitmir. Nərminə Hüseynova BŞTİ-nin sektor müdirləri və hətta işçiləri arasına da xeyli rəfiqəsini sala bilib. Hamıya da elan edir ki, nazirlikdən göndəriliblər. Sektor müdirləri Pərvin Quliyeva və Rəna Aslanova (əvvəllər modelyer və bloqqer olduğu haqqında məlumatlar var) da onunla mübhəm sirlərini bölüşən rəfiqələridir. Pərvin Quliyeva Təhsilalanlara iş sektorunun, Rəna Aslanova isə Məktəbəqədər təhsil sektorunun müdiridir. Onların vasitəsilə birinci sinfə və bağçaya qəbul, rus dili imtahanlarındakı oyunlar, bağçalara işə qəbul, bağça  müdirlərinin sıxışdırılaraq yolunması, nöqsanlara göz yummaq üçün sövdələşmələri həyata keçirir. Ad günlərini, şad günlərini də biri-birindən ayrı keçirmirlər. 


Ad günü demişkən, ad günlərində yığışdıqları elit məkanlar, qiyməti 5 rəqəmli ədədlərlə ölçülən hədiyyələr, komplekt zinət əşyaları  haqqında ayrıca yazımız olacaq. Hətta  rəfiqələri danışır ki, BŞTİ müdirinin qiymətli hədiyyə rezervləri o qədər zəngindir ki, qardaşının nişan və toy hazırlıqları zamanı ailəsinə əlavə nəsə almağa imkan verməyib. Nərminə Hüseynova bu həftə ikinci toyu olan sürücüsünün oğluna da ev hədiyyə etməklə bərabər, öz hədiyyə rezervlərindən də qiymətli daş-qaş da verməyi unutmayıb. Bir sürücü deyib keçməyin, bu münasibət illər ərzində  onun bütün qeyri-rəsmi işlərini icra edən, aldıqlarını, ona verilənləri daşıyan silahdaşdan, sirdaşdan gedir. Belə olmasaydı sürücünün oğlunun adı yüksək ödəniş müqabilində BŞTİ-də sürücü kimi getməzdi. Deyilənə görə bu ərköyün cocuk da BŞTİ-də dəfələrlə digər sürücülərə qarşı hörmətsizlik edir, təhqir və hücumlardan belə çəkinmir. Keyfi istəyəndə avtoş sayağı sürdüyü idarənin balansındakı avtomobilə gələn cərimələr isə digər sürücülərin əməkhaqqından çox olur. Nə isə əsil özbaşınalıq və dərəbəylik. Dəvənin harası düz idi ki, boynu da düz olsun.  


Ancaq elə bilməyin ki, dostlar, rəfiqələr dairəsi bununla bitir, əsla. Rəfiqəmin rəfiqəsi mənim rəfiqəmdir prinsipi ilə işləyən Nərminə Hüseynova rəfiqələrinin araçılığı vasitəsilə tabeliyindəki yüzlərcə təhsil müəssisələrinin rəhbərini öz çətiri altına elə yığıb ki, heç kim "mıqq" da eləyə bilmir.


İndi bəlli oldumu məktəblər və bağçalar niyə bu gündədir. Çünki "Rəfiqələr dairəsi"ndə olanların sayı çox, tamahı ondan da çox. Özləri də mehriban. Allah sizi mehriban eləməsin, təhsilə, məktəbə, uşaqların gələcəyinə xatir!


P.S. Məktəblərin indiki həssas dönəmində, təhsil müəssisələri vasitəsilə ölkəmizə olan ideoloji basqılar artdığı bir vaxtda belə işbazların rəhbərliyinə təhsili etibar etmək nə qədər risklidir, yəqin ali səlahiyyətli orqanlar buna qiymət verəcək. Çünki dövlətin şəxsi maraqlar və münasibətlər əsasında təhsilə barmaqarası baxanlara baxışı olduqca sərt olacaq.


Oxunub: 46
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:31 | Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
    Dünən, 20:27 | Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
    Dünən, 20:24 | Palata Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini audit edib
    Dünən, 20:19 | 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
    Dünən, 20:17 | Masallıda bələdiyyə sədri ağacları qanunsuz kəsməkdə ittiham olundu - FOTO
    Dünən, 20:05 | Amid Ağakişiyev yeniyetmələr arasında Dünya Kubokunda gümüş medal qazanıb
    Dünən, 18:49 | "Bombaların Anası" gündəmdə: ABŞ və İsrail İrana qarşı daha dağıdıcı əməliyyatlara hazırlaşır?
    Dünən, 18:41 | Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı
    Dünən, 18:11 | Qazaxda TIR yanıb - FOTO
    Dünən, 18:08 | Bu rayonlarda ağaclar qanunsuz kəsilib - 40 min manatdan çox ziyan var
    Dünən, 18:06 | Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?
    Dünən, 18:04 | Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
    Dünən, 18:00 | Benzin və dizel mühərrikli maşınlarla vidalaşırıq: Elektromobillərə necə keçəcəyik?
    Dünən, 17:58 | Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
    Dünən, 17:35 | Azərbaycanda bu mənzillər bahalaşacaq
    Dünən, 17:31 | Kredit götürənlərin diqqətinə: Borc bataqlığına düşməmək üçün bu qaydanı bilin!
    Dünən, 17:26 | “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    Dünən, 17:24 | Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bir sıra fənlərin proqramları təsdiqləndi
    Dünən, 17:17 | Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi - Video
    Dünən, 17:15 | Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib
    Dünən, 17:10 | Azərbaycanla Qırğızıstan arasında daha bir saziş təsdiqlənib
    Dünən, 16:59 | Gərginlikdən əməkdaşlığa: Hindistan da Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir
    Dünən, 16:55 | Moskva səması yenə bağlıdır - Uçuşlar dayanıb
    Dünən, 16:54 | “AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı
    Dünən, 16:40 | Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video
    Dünən, 16:02 | Əli Kərimlinin işi məhkəməyə göndərildi
    Dünən, 15:50 | Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu
    Dünən, 14:08 | Atalıqdan məhrum edilənlər də aliment ödəməyə borcludur - HÜQUQŞÜNAS
    Dünən, 14:04 | Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu
    Dünən, 14:02 | Elm sahəsinə əlavə milyonlar ayrılacaq
    Dünən, 13:41 | Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs xilas edildi - Anbaan video
    Dünən, 13:37 | Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Dünən, 13:32 | “UKRAYNA İLƏ RAZILIĞA GƏLƏ BİLƏRİK...” - Kremllə Trampın son bəyanatları və reallıq
    Dünən, 13:19 | 76 yaşlı nənə keçmiş ərini və məşuqəsini öldürdü - FOTO
    Dünən, 13:16 | Gömrükdən büdcəyə daxilolmalar artırılır - Nə qədər olacaq?
    Dünən, 13:11 | Vaxt daralır, çarə tükənir: Paşinyan altı deputatı haradan tapacaq?
    Dünən, 13:09 | Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş...
    Dünən, 13:04 | Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
    Dünən, 13:02 | Azərbaycanda məhkəmələrə ayrılan vəsait artır, hüquq-mühafizə xərcləri azalır
    Dünən, 12:48 | Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Dünən, 12:40 | KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
    Dünən, 12:37 | İbad Hüseynov Gürcüstanda niyə saxlanılıb? - Səfirlik
    Dünən, 12:33 | Bələdiyyə sədri icra başçısının müavini oldu
    Dünən, 12:27 | Korrupsiya əməliyyatında tutulmuşdular - 1 həftəyə azadlığa çıxırlar
    Dünən, 12:25 | Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım - Rəqəmlər
    Dünən, 11:56 | Yeni icra başçısı kollektivə təqdim edildi - Foto
    Dünən, 10:36 | BŞTİ müdirinə daha bir "dost" zərbəsi - MLK-da nə baş verir?!
    Dünən, 08:11 | Bu gün yağış yağacaq - PROQNOZ
    Dünən, 08:07 | Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir
    Dünən, 08:01 | KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.