Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
Ciddi şikayəti olmayan bir xəstə Bakıda dövlət xəstəxanasında 1 həftə ərzində 17 həkim və yüzlərlə müayinələrdən keçib. Xəstəyə sağlam olduğunu və bu qədər müayinənin mənasız olduğunu bildirdikdə, cavabında buna haqqı olduğunu, istəsə, daha çoxunu edəcəyini və əks-halda xəstəxana rəhbərliyini şantaj edərək TƏBİB-ə, Səhiyyə Nazirliyinə, Prezident Administrasiyasına şikayət edəcəyini, eyni zamanda sosial mediada işıqlandıracağını bildirir. Bəhs etdiyim bu mövzu hər gün yaşanır və yüzlərlə şikayətdən yalnız biridir. Bu tip insanlar səbəbindən artıq icbari sığortanın çökdüyünü, gerçəkdən müayinə və müalicəyə ehtiyacı olan insanların növbə gözlədiyini, haqlarının tapdalandığını görürük. Mediaxeberleri.Az-ın xəbərinə görə, bunu Əməkdar həkim Firodvsi İbrahimov bildirib. F.İbrahimov qeyd edib ki, bu səbəbdən xəstələr birbaşa ixtisaslaşmış xəstəxana və müayinələrdən keçmək yerinə, ilk öncə poliklinika müayinələrindən keçməli, daha sonra probleminə uyğun həkimə yönləndirilməlidir: “Beləcə hazırda səhiyyəmizdə olan problemlərin bir qisminin az da olsa, qarşısını ala bilərik”.





















