“Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
“Məqsədimiz öz tarixini anlayan, həmin tarixlə bağlılıq hiss edən, dövlətinin əldə etdiyi nailiyyətlərin hansı proseslərin və hansı nəsillərin səylərinin nəticəsi olduğunu dərk edən vətəndaş yetişdirməkdir”. Mediaxeberleri.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 9-da keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda deyib. O bildirib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi onların dünyagörüşünün və vətəndaşlıq məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Ramin Məmmədov qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərləri arasında ziddiyyət yoxdur. O, gənclərin maarifləndirilməsi üçün birgə təlim və layihələrin həyata keçirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb. Şəbnəm Əlizadə / Metbuat.az





















