Amid Ağakişiyev yeniyetmələr arasında Dünya Kubokunda gümüş medal qazanıb
45 ölkədən 3043 nümayəndənin, o cümlədən 2530 idmançının iştirak etdiyi mötəbər beynəlxalq yarışda millimiz 15 qızıl, 7 gümüş və 16 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıb. Yarışda Azərbaycan idmançısı Amid Ağakişiyev yeniyetmələr arasında 69 kq çəki dərəcəsində uğurla çıxış edərək gümüş medala sahib olub.
Oktyabrın 13-dən 18-dək Özbəkistanın Daşkənd şəhərində WAKO Dünya Kuboku keçirilib. Yarışda iştirak edən Azərbaycan komandası uğurlu nəticə göstərərək ümumi komanda hesabında 6-cı yeri tutub.





















