Qazaxda TIR yanıb - FOTO
Qazaxda yanğın hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü N.Mehdiyevin idarə etdiyi TIR anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.APA


Oxunub: 56
Xəbəri paylaş
Paylaş:





















