Bələdiyyə sədri icra başçısının müavini oldu
Cəlilabad Rayon İcra Hakimiyyətində yeni təyinat həyata keçirilib. Mediaxeberleri.Az-ın məlumatına görə, icra başçısı Rafiq Cəlilovun əmri ilə Vahid Mirzəyev icra başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Vahid Mirzəyev 2015-ci ilin fevral ayından indiyədək Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Yeni təyinatla o, bu vəzifədən ayrılaraq icra hakimiyyətində fəaliyyətini davam etdirəcək.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















