Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir
Bu gün Misli Premyer Liqasında IX turun oyunları start götürür. Mediaxeberleri.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq. Günün digər matçında isə "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası IX tur 23 oktyabr 15:00. "Araz-Naxçıvan" - "Qəbələ"; 19:00. "Zirə" - "Sumqayıt".
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















