Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev

Son xəbərlər :
  • Atalıqdan məhrum edilənlər də aliment ödəməyə borcludur - HÜQUQŞÜNAS
  • Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu
  • Elm sahəsinə əlavə milyonlar ayrılacaq
  • Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs xilas edildi - Anbaan video
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • “UKRAYNA İLƏ RAZILIĞA GƏLƏ BİLƏRİK...” - Kremllə Trampın son bəyanatları və reallıq
  • 76 yaşlı nənə keçmiş ərini və məşuqəsini öldürdü - FOTO
  • Gömrükdən büdcəyə daxilolmalar artırılır - Nə qədər olacaq?
  • Vaxt daralır, çarə tükənir: Paşinyan altı deputatı haradan tapacaq?
  • Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş...
  • Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
  • Azərbaycanda məhkəmələrə ayrılan vəsait artır, hüquq-mühafizə xərcləri azalır
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
  • İbad Hüseynov Gürcüstanda niyə saxlanılıb? - Səfirlik
  • Bələdiyyə sədri icra başçısının müavini oldu
  • Korrupsiya əməliyyatında tutulmuşdular - 1 həftəyə azadlığa çıxırlar
  • Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım - Rəqəmlər
  • Yeni icra başçısı kollektivə təqdim edildi - Foto
  • Bu gün yağış yağacaq - PROQNOZ
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“UKRAYNA İLƏ RAZILIĞA GƏLƏ BİLƏRİK...” - Kremllə Trampın son bəyanatları və reallıq

  • Tarix: Bu gün, 13:32

Rusiya Prezidenti Vladimir Putin Donald Trampın elçisi Stiv Uitkoffla görüşdən sonra Ukraynadakı müharibəyə son qoymaq üçün üçtərəfli əlaqələri bərpa etməyə razılaşdığını təsdiqləyib.

"Bu danışıqların məqsədi sülh müqaviləsi bağlandıqdan sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin edilməsini müzakirə etmək olacaq - hərbi əməliyyatların qısamüddətli dayandırılması yox. Biz bu məqsədə çatmaq üçün bu əlaqələri bərpa etməyə hazırıq", - deyə o bildirib.

Putin bunu “Kremlin jurnalisti” Pavel Zarubinə açıqlamasında deyib.

Doğrusu, hələ sülh bağlanmamış “sülhdən sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin edilməsinin müzakirəsi” fikri bir qədər müəmmalı təsir bağışlasa da, hər halda, istənilən müzakirə müharibədən daha yaxşıdır. Ancaq təəssüf ki, müharibə dayanmır…

"Biz Ukrayna ilə döyüşmək istəmirik. Amma əgər hazırkı Ukrayna rəhbərliyi döyüşmək istəyirsə, qoy döyüşsünlər… Düşünürəm ki, biz razılığa gələ bilərik; biz bununla razıyıq. Amma kimsə başqa cür istəyirsə, yaxşı, başqa cür olacaq. İstənilən halda, biz məqsədlərimizə çatacağıq və “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə nail olunacaq", - deyə o bildirib.

Eyni zamanda, Putin rusları və ukraynalıları yenə "bir xalq" hesab etdiyini deyib və "bu çətin vəziyyətin həllini axtarmağa" hazır olduğunu bildirib.




Rusiya rəhbəri Ukraynadakaı gələcək nizamlama ilə yanaşı, Avropanın ümumi təhlükəsizlik arxitekturasını da müzakirə etməyin vacibliyi ilə razılaşdığını deyib: "Ümumiyyətlə, mən də bununla razıyam". Eyni zamanda o, Rusiyanın "Avropa ilə heç bir müharibəyə hazırlaşmadığına" əmin edib. Üstəlik, Qərb liderlərinin bu məsələ ilə bağlı bütün açıqlamalarını "siyasi şizofreniya" adlandırıb.

Bütün bu açıqlamalar əlbəttə ki, Ukrayna müharibəsinin yaxın müddətdə bitə biləcəyinə dair ümidlər yarada bilər. Lakin təəssüf ki, bu ümidlər daha çox illüziyalara bənzəyir. Çünki bütün bu deyilənləri daha əvvəllər də dəfələrlə eşitmişik. Putinlə Uitkoff arasında Sankt-Peterburqda keçirilən son görüş Rusiya başçısının Amerika nümayəndələri ilə sayca 9-cu(!) görüşüdür.



Ancaq bunların heç biri gözlənilən nəticəni verməyib və son görüşün də, sırf Ukrayna münaqişəsi ilə bağlı hissəsinə gəlincə, hansısa həlledici nəticə verəcəyinə ümid azdır. Əvəzində, Tramp administrasiyası ilə Kreml arasındakı biznes məsələlərinin həllndə bu görüş doğrudan da məhsuldar sayıla bilər və əlbəttə, bu barədə görüşün qapalı hissəsindəki müzakirələrin detalları çətin ki, ictimaiyyətə açıqlansın…

Ukrayna müharibəsilə bağlı hissəyə gəlincə, Putinin köməkçisi Yuri Uşakov “sülhə nə qədər yaxınlaşdığımızı deyə bilmərəm, amma hər şey bu istiqamətdə gedir”, - deyə bildirib və əlavə edib ki, Uitkoffun Norveçdə Volodimir Zelenski və digər Avropa liderləri ilə razılaşdırdıqdan sonra Putinə gətirdiyi təkliflərdə ciddi qəbul ediləcək “faydalı şey azdır”. Yəni, bu təkliflər də Kremli qane etmir. Belə olan halda, maraqlıdır ki, “hər şey sülhə doğru gedir” ifadəsinin arxasında nə durur? Yeri gəlmişkən, Uşakov və şəxsən Putin özü də bu ifadəni daha əvvəllər dəfələrlə təkrarlayıb, amma dəyişən heç nə olmayıb…

Donald Trampa gəlincə, Uitkoff-Putin danışıqlarından sonra ABŞ Prezidenti iddia edib ki, Ukraynada sülh “heç vaxt bu qədər yaxın olmayıb”. Ancaq onun bu bəyanatı verdiyi an Rusiya Kiyevə növbəti ballistik raket və PUA hücumu həyata keçirib və bu cür hücumlar hal-hazırda da davam edir. 



Üstəlik, Tramp cəmi bir neçə gün əvvəl Ukrayna ilə Rusiya arasında enerji atəşkəsi elan etmişdi və demişdi ki, tərəflər onun elan etdiyi atəşkəsə riayət edəcəklər, hətta buna məcburdurlar. Lakin heç bir atəşkəs olmadı və yoxdur. Odur ki, dəfələrlə olduğu kimi, bu dəfə də Trampın bəyanatının ciddiliyi və sözünün ağırlığı, ABŞ Prezidenti olmasına baxmayaraq, yumşaq desək, mübahisəlidir…

Bəs reallıqda Putin-Uitkoff görüşünün Ukrayna ilə bağlı nəticəsi nədən ibarətdir? Nəticə odur ki, Kreml Trampın dərhal atəşkəs, hətta heç olmasa enerji obyektlərinə zərbələri dayandırmaq təklifini və Ukraynanın münaqişəni cəbhə xətti boyunca dondurmaq təklifini rədd etdi. Qısa və konkret nəticə budur. Trampın bu görüşdən qazandığı isə bilmədiyimiz iqtisadi sövdələşmələr (analitiklər bu sövdələşmələrin “Lukoil”-in xaricdəki aktivlərilə bağlı olduğunu iddia edirlər) və 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbardın Rusiya həbsxanasından azad edilməsi oldu. Yeri gəlmişkən, bu da analitiklərin fikrincə, Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərində müəyyən dividentlər qazanmasına hesablanıb…

Beləliklə, Kreml Donetsk vilayətinin Ukraynanın əlində qalan hissəsinin ona döyüşsüz təslim edilməsində israrlıdır. Lakin hətta bu da hələ savaşın bitməsi və sülh demək deyil. Rusiya bu şərt yerinə yetiriləcəyi təqdirdə, sadəcə, sülh müzakirələrinə hazır olduğunu deyir. Yəni, ortada heç bir real təminat yoxdur… Onu da unutmayaq ki, ortada hələ ən azından Rusiya konstitusiyasına bu ölkənin öz ərazisi kimi yeni daxil edilən Zaporojye və Xerson vilayətləri var ki, onların mərkəzi hissəsinə Ukrayna nəzarət edir. Volodimir Zelenski isə nəinki həmin iki vilayətin, heç Donetsk vilayətinin də qalan hissəsinin - Ukraynanın suveren torpaqlarının Rusiyaya verilməyəcəyini bəyan edir.

Belə olan halda, Putinin, xüsusilə də Trampın son “optimist” bəyanatlarının araxasında nə durduğunu anlamaq çətindir. Ancaq görünən odur ki, Kreml stavkaları qaldırdıqca, qarşı tərəfin geri çəkildiyini (dizel sanksiyalarının götürülməsi, Ukraynaya ABŞ dəstəyinin tam dayandırılması, “Starlink” və kəşfiyyat məlumatlarının ötürülməsilə bağlı məsələlər, Trampın açıq şəkildə Ukraynanı təslim olmağa və Zelenskini dəyişməyə dair çağırışları və s.) görür və belə olan halda Moskva üçün güzəştə gedib tələblərindən geri çəkilməsi tamamilə məntiqsiz olar. Bir sözlə, yeni təmasların, danışıqlardakı aktivliyin, qarşılıqlı ümidverici bəyanatların tezliklə savaşa son qoyacağına ümidlər çox deyil…

Bu arada, Putinin Zarubinə müsahibəsində daha bir olduqca diqqətçəkən və bütün postsovet respublikaları üçün maraq doğuran bir məqam var. Kreml başçısı Ukrayna rəhbərliyinin müharibə nəticəsində mümkün “ərazi itkiləri” ilə bağlı narazılıqlarını "yersiz" adlandırıb. Çünki onun fikrincə, Rusiyanın ələ keçirdiyi və iddia etdiyi torpaqlar "tarixi Rusiya torpaqlarıdır”. Yəni, Ukrayna buna ərazi itkisi kimi yox, bir növ “tarixi ədalətin bərpası” kimi baxmalıdır. O zaman istər-istəməz sual doğur ki, bəs Krım tatarlarının vətəni, Osmanlı İmperiyasının bir hissəsi olmuş Krım yarımadası, Yaponiyanın olmuş Kuril adaları, Çinin olmuş Sibir əraziləri, 1945-ci ilə qədər Almaniyanın olmuş Kalininqrad(Köniqsberq), Finlandiyanın olmuş Kareliya, Vıborq şəhəri, Fin körfəzindəki adalar və sair necə olsun? Hələ Qafqazdakı məlum əraziləri demirik…

Bir də, “tarixi ərazilər” prinsipi əsasında dünyanın yenidən bölüşdürülməsi başlasa, o zaman Rusiyanın da imza atdığı beynəlxalq hüquq normaları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və s. prinsiplər necə olsun? Kim təminat verə bilər ki, bu “tarixi ərazilər” yanaşması bütövlükdə bəşəriyyətin sonunu gətirməyəcək?

Elxan Qüdrətoğlu

“AzPolitika.info”


Oxunub: 29
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:08 | Atalıqdan məhrum edilənlər də aliment ödəməyə borcludur - HÜQUQŞÜNAS
    Bu gün, 14:04 | Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu
    Bu gün, 14:02 | Elm sahəsinə əlavə milyonlar ayrılacaq
    Bu gün, 13:41 | Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs xilas edildi - Anbaan video
    Bu gün, 13:37 | Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Bu gün, 13:32 | “UKRAYNA İLƏ RAZILIĞA GƏLƏ BİLƏRİK...” - Kremllə Trampın son bəyanatları və reallıq
    Bu gün, 13:19 | 76 yaşlı nənə keçmiş ərini və məşuqəsini öldürdü - FOTO
    Bu gün, 13:16 | Gömrükdən büdcəyə daxilolmalar artırılır - Nə qədər olacaq?
    Bu gün, 13:11 | Vaxt daralır, çarə tükənir: Paşinyan altı deputatı haradan tapacaq?
    Bu gün, 13:09 | Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş...
    Bu gün, 13:04 | Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
    Bu gün, 13:02 | Azərbaycanda məhkəmələrə ayrılan vəsait artır, hüquq-mühafizə xərcləri azalır
    Bu gün, 12:48 | Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Bu gün, 12:40 | KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
    Bu gün, 12:37 | İbad Hüseynov Gürcüstanda niyə saxlanılıb? - Səfirlik
    Bu gün, 12:33 | Bələdiyyə sədri icra başçısının müavini oldu
    Bu gün, 12:27 | Korrupsiya əməliyyatında tutulmuşdular - 1 həftəyə azadlığa çıxırlar
    Bu gün, 12:25 | Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım - Rəqəmlər
    Bu gün, 11:56 | Yeni icra başçısı kollektivə təqdim edildi - Foto
    Bu gün, 08:11 | Bu gün yağış yağacaq - PROQNOZ
    Bu gün, 08:07 | Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir
    Bu gün, 08:01 | KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
    Bu gün, 02:04 | Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü
    Bu gün, 00:58 | Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı
    Bu gün, 00:53 | Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR
    Bu gün, 00:50 | Balıq alarkən DİQQƏTLİ OLUN! Civə və ağır metallar təhlükəsi - Ekspertdən XƏBƏRDARLIQ
    Bu gün, 00:49 | SON DƏQİQƏ! Tramp təsdiqlədi, o da düyməyə basdı – Ukrayna ordusu yenidən hərəkətə keçir
    Bu gün, 00:44 | Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Bu gün, 00:41 | “Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
    Bu gün, 00:37 | Aqroservisin sədri həbs edildi
    Bu gün, 00:35 | Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
    Bu gün, 00:00 | Bakıda uçqun baş vermiş binanın sakinləri danışdılar - Video
    Dünən, 22:02 | Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib - Video
    Dünən, 20:31 | Qazaxda növbəti əmək yarmarkası keçirilib
    Dünən, 19:02 | Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
    Dünən, 19:00 | “Belələrinə ölüm cəzası verin!” - Brilliant Dadaşovadan SƏRT ÇAĞIRIŞ
    Dünən, 18:57 | Azərbaycanla bağlı yalan yayan jurnalist saxlanıldı
    Dünən, 18:54 | Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi — Dava düşdü
    Dünən, 18:50 | Başqasının kreditinə görə pensiyadan pul tutula bilər — Bu halda...
    Dünən, 18:31 | Ağstafada mərhuma ehsan verməyib əvəzində qəbirstanlıq yolunu təmir etdilər – FOTOLAR
    Dünən, 18:05 | XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub
    Dünən, 18:00 | Mətbuat Şurası jurnalistlərə çağırış etdi
    Dünən, 17:58 | Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
    Dünən, 17:55 | Pambıqçılara şad xəbər: Bu fermerlər daha çox subsidiya alacaq
    Dünən, 17:51 | “Sabah” - “Qarabağ” oyununun hakimləri bəlli oldu
    Dünən, 17:47 | Tovuzda 56 yaşlı kişi güllə yarasından öldü
    Dünən, 17:43 | Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
    Dünən, 17:40 | Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
    Dünən, 17:37 | ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?
    Dünən, 16:57 | Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.