Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb. Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır. Anar Tağıyev
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















