Moskva səması yenə bağlıdır - Uçuşlar dayanıb
Moskvanın dörd hava limanının hamısı Ukrayna dronlarının hücumları səbəbindən uçuşları müvəqqəti olaraq dayandırıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Rosaviasiya" rəsmi məlumat yayıb. Bundan əvvəl şəhərin bəzi hissələrində partlayış səsləri eşidilib. Xüsusilə də Krılatskoye və Kuntsevo da daxil olmaqla, Moskvanın qərbində yaşayan sakinlər partlayış səsləri eşitdiklərini bildiriblər. Daha əvvəl Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına hücum edən 11 PUA-nın vurulduğunu bildirmişdi. Rusiya mediası isə 19 dronun vurulduğunu iddia edir. Qeyd edək ki, artıq bir aydan çoxdur Moskva aeroportları böyük fasilələrlə işləyir və bəzən günlərlə çoxsaylı uçuşlar həyata keçirilmir.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















