Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
  • Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
  • Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
  • Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
  • Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
  • Bakıda obyekt yanır: bu yol bağlandı - Video
  • Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
  • Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
  • İşdən çıxarılan generala yeni vəzifə verildi
  • Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
  • Minimum əmək haqqı 500 manat civarında olacaq
  • İlham Əliyev daha 2 fərman imzaladı
  • "Traktor"un oyunu ən çox izlənilən 2-ci matç oldu
  • “Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
  • Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
  • Noyabrın 17-də hava belə olacaq
  • Bakı metrosunda ölüm
  • Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi
  • Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
  • Qazi faciəvi şəkildə öldü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"

  • Tarix: 7-10-2026, 10:53

"İran ətrafındakı vəziyyət xaricdən çox, məhz daxildə daha sürətlə qarışacaq". 

Prezident İlham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayındakı çıxışı ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə “AzPolitika.info”ya müsahibə verib. O, həmçinin ABŞ-İran münasibətlərinin gizli tərəflərinə toxunub.

– İqbal bəy, Prezidentin YAP-ın qurultaydakı çıxışında həm daxili, həm də xarici siyasətlə, Azərbaycanın gələcəyi ilə bağlı bir sıra məsələlərə toxunuldu. Partiya sədri kimi sizin qiymətləndirməniz necədir?

– Mən əslində bir yazı yazdım və xarici mesajların hara ünvanlandığını qeyd etdim. Bəziləri, çox təəssüf ki, dərhal həmin mesajları başqa istiqamətə yönəltməyə çalışdılar. Amma izlədiyim proseslər və siyasi hadisələrə görə mesajın hara ünvanlandığını çox rahat görmək mümkün idi. Prezidentin çıxışına qədər baş verən hadisələrə baxın. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin sentyabrın 22-də Azərbaycanın hava məkanını bağlamasından sonra, sentyabrın 23-də Azərbaycana yönəlik verdiyi mesaj çox sərt idi. Sentyabrın 26-da verdiyi digər sərt mesajı, sentyabrın 29-da Şahin Mustafayevlə görüşündə aşağılayıcı və etiket, protokol normalarını pozan davranışı gördük. Qum şəhərində keçirilən “Azərbaycanın dindarları” adlı konfrans və oradan Azərbaycana verilən mesajlar da var idi. Təbriz bələdiyyəsinin şura üzvü və çox nüfuzlu dindarlardan birinin Azərbaycanla bağlı açıqlamaları oldu. O deyirdi ki, “mən Azərbaycan türküyəm, bizim dilimizdir, mənim dilim fars dili deyil”. Daha sonra onun xüsusi xidmət orqanları vasitəsilə götürülüb məcbur edilməsi və “Azərbaycan birdir, orada bizimkilərdir, bizə birləşməlidir” və sair kimi mesajların verilməsi də diqqət çəkirdi.

İranın regionda supergüc olması ilə bağlı iddialar və bunun üzərindən Azərbaycana verilən mesajlar, təbii ki, bizə yönəlmişdi. Bunun cavabını da prezident ad çəkmədən, diplomatik formalara uyğun şəkildə verdi. Diplomatiya hər şeyi danışmaq və hər şeyi açıq demək deyil. Verilən diplomatik dillə mesajlar, təbii ki, İrana yönəlmişdi.

Orada silahların alınması ilə bağlı məsələ xüsusilə Türkiyəyə ünvanlanmış kimi xarakterizə olundu və daha çox bu istiqamətdə danışıldı. Amma Möhsün Rezayinin bir bəyanatı var idi. Deyirdi ki, İsrail və Türkiyə Azərbaycana silahları pulsuz verir ki, onlar İranın şimalında iğtişaşlar törətsinlər, yəni Cənubi Azərbaycanda iğtişaşlar törətsinlər, İranın başı ona qarışsın və İsrail bizim nüvə obyektlərimizi rahat vursun.

Əslində, prezidentin cavabı buna idi ki, bizə silahı heç kim müftə verməyib, biz silahı son qəpiyinə qədər öz pulumuzla almışıq. Hətta bəzən dünya bazarından da yuxarı qiymətə bizə silahlar satılıb.

Möhsün Rezayinin “1993-cü ildə biz sizə silah verdik” deməsi Əbülfəz Elçibəyin dövründə, 1993-cü ilin avqust ayında Azərbaycan ilə İran arasında 30 milyon dollarlıq silah ticarəti ilə bağlı idi. Bu silah ticarətində də qiymət dünya bazarından doğrudan da çox yuxarı idi. “Biz qaçqınlara yardım edirdik və mən şəxsən onlara başçılıq etmişəm”, - deyən Möhsün Rezayi o vaxt SEPAH komandiri idi.

Buna da cavab verilirdi ki, bizə qaçqınlara heç kim yardım etməyib. Doğrudan da, qaçqınlara edilən yardımlar Səudiyyə Ərəbistanı, Misir, İran və başqa ölkələrin yardımları olub və bunlar Qırmızı Aypara xətti ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Yaxın ölkələr, ətraf dövlətlər Qırmızı Aypara xətti ilə yardım ediblər. Bu, ümumdünya miqyasında qəbul olunmuş humanitar yardım sistemidir.

Təəssüf ki, İran meyilliləri həm Türkiyədə, həm də Azərbaycanda dərhal istiqaməti Türkiyəyə çevirdilər və Türkiyə-Azərbaycan münasibətlərinin zədələnməsi üçün kifayət qədər ciddi fəaliyyətə keçdilər. Hətta 2011-ci ildə oxşar məsələ ilə bağlı İstanbulda aksiya keçirənlərin böyük bir qismi yenə İstanbul konsulluğunun qarşısında idi. O adamların bir qismi də azərbaycanlıdır. Bilirsiniz, onlar Türkiyədədirlər.

Türkiyənin daxilində vəziyyət kifayət qədər qarışıqdır. Etnik-milli və dindar kəsim var ki, onlar Azərbaycan-Türkiyə münasibətlərini fərqli istiqamətdə görmək istəyirlər. Yaxud da Türkiyənin və Azərbaycanın zəifləməsini görmək istəyən qüvvələri var. O istiqamətdən hərtərəfli hərəkətə keçdilər. Sosial şəbəkələrdə müəyyən bir seqment var və onun üzərindən daha çox paylaşımlar edildi. Süni intellekt vasitəsilə, yəqin ki, sizin də rastınıza çıxıb, xeyli videomateriallar hazırlanıb və bu mesajların ünvanı dəyişdirildi.

Sentyabrın 23-də Möhsün Rezayinin verdiyi bəyanatda deyilirdi ki, “Amerikanın oyununu oynayanlar regionda İranın sərt üzünü görəcəklər. İran regionun supergücüdür”. Həmçinin hava limanlarının bağlanması ilə bağlı da “oradan bir daha uçuş olmayacaq” kimi bəyanat vermişdi.

Buna görə də cənab Prezident çıxışında dedi ki, supergüc iki dövlətdir: Amerika Birləşmiş Ştatları və Çin. Həmçinin çıxışda daxili siyasətlə bağlı mesajlar da var idi.

- İqbal bəy, Prezident həm də Ermənistanla sülh prosesi ilə bağlı mesajlar verdi…

– Ermənistan sülh müqaviləsini bir qədər ləngidirmiş kimi görünür. Bu da təbii ki, Azərbaycanı, həm də regionda maraqlı olan dövlətləri bir qədər nigaranlığa salır, narahatlıq yaradır. Verilən mesajlar həm gələcəyə, həm də keçmişdəki hadisələrə aid idi. Mesajlardan biri bu idi ki, biz eyforiyaya qapılmadıq. Biz üçüncü zəfər tağını İrəvanda qura bilərik. Bu, keçmişə yönəlmiş mesaj idi. Gələcəyə yönəlmiş mesaj isə bu idi ki, biz daimi müharibə istəmirik. Daimi müharibə istəsəydik, biz fərqli addımlar atardıq. Amma sizə də o qədər böyük inamımız yoxdur. Çünki bu proseslər ləngiyir və siz üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirməlisiniz.

Hesab edirəm ki, müdafiə sənayesi sahəsində verilən mesajlar doğru idi. Çünki əlimizi-qolumuzu salıb oturmuş olsaq, təbii ki, çoxlarına yem ola bilərik. Buna görə də hərbi gücümüzü artıracağıq, bu gələcək təhlükəsizliyinin təminatıdır. Doğru mesaj idi.



Ermənistanla sülh müqaviləsi nə zaman imzalanacaq? Çox güman ki, konstitusiya dəyişiklikləri, referendum olandan sonra bu məsələyə getməyi planlaşdırırlar. Mən verilən mesajlardan belə başa düşdüm. Ermənistan ən azı konstitusiyasının preambula hissəsində Qarabağla bağlı iddialardan geri çəkilməlidir və bu da xoşməramın əsas göstəricisi olmalıdır. Baxmayaraq ki, iqtisadi əlaqələr qurulur, kommunikasiyalar açılır, tranzit layihələr yüksək sürətlə həyata keçirilir, əsas məsələ Ermənistanın gələcəkdə də ərazi iddiası irəli sürməsinin qarşısının alınmasının təminatıdır. O da konstitusiyaya referendum yolu ilə ediləcək dəyişikliklə bağlıdır.

- Ötən həftələrdə sülh prosesi ilə bağlı ictimai səviyyədə narahatedici diskusiyalar oldu. Paşinyanın Moskva səfəri ərəfəsində belə mənzərənin yaranması təsadüfi görünmür. Məlumdur ki, Kremldə Rusiya-Ermənistan münasibətləri ilə bağlı kritik müzakirə olacaq. Bu ərəfədə Ermənistan müəyyən dərəcədə sülh prosesini tormozlamaq cəhdi müşahidə olunur. Gedişatı regional hadisələr fonunda necə şərh edərdiniz?

– Bu gün Cənubi Qafqaz respublikaları, xüsusilə postsovet ölkələri Rusiya ilə nə tam qopa bilir, nə də tam yaxınlaşa bilir. Sadəcə hamı bu dövrü Rusiyadan salamat ötüşməyi düşünür. Çünki Rusiya dünya üçün olmasa da, region üçün elə güclü dövlətdir ki, onun istənilən zərbəsi ağır nəticələr gətirib çıxara bilər. Ukrayna gözümüzün önündədir. Buna görə Paşinyan uzunmüddətli kurs götürüb: Avropaya inteqrasiya və Ermənistanın Rusiyadan qoparılması. Amma hələlik həm hakimiyyətini, həm də Ermənistanı Rusiyanın tam zərbəsindən xilas etmək üçün manevrlər edir. O manevrləri də təbii qəbul edirəm və hesab edirəm ki, doğru olan budur. Çünki əks təqdirdə Rusiyanı radikal addımlara məcbur etsə, Cənubi Qafqazda ictimai-siyasi vəziyyət dəyişə bilər.

Ermənistanda hələ kifayət qədər revanşist qüvvələr var. Onlar ictimai-siyasi həyatdan çəkilməyiblər. Ordu, xüsusi xidmət orqanları təmizlənməyib. O cümlədən Gümrüdəki Rusiya ordusu faktoru var. Maraqlı olan nə idi? Putin çox açıq bir mesaj verdi: istəmirlərsə, Gümrüdən gedə bilərik. Amma Paşinyanın da cavabı gecikmədi: istərlərsə, çıxıb getsinlər. Yəni “bu bizə lazım deyil” Rusiyaya verilən mesaj idi. Rusiya, xalq dilində desək, ağız aradı ki, ermənilər nə deyirlər. Paşinyan da çox kəskin cavab verdi. Çoxları bunun üzərindən sükutla keçdi.

Paşinyan dedi ki, istərlərsə, gedə bilərlər. Bu o deməkdir ki, “gedəcəksiniz”. Amma yenə deyirəm, nə qədər ki, Ukrayna müharibəsi bitməyib, nə qədər ki, Rusiya hələ ayaqdadır və dünya Rusiyanı yerində oturda bilməyib, hər kəs ehtiyatlı mövqe tutur. Ona görə də Paşinyanın region səfərlərini, müxtəlif tədbirlərdə iştirakını və sair məsələləri mən Cənubi Qafqazın gələcəyinə təsir edən siyasətdən daha çox, bu manevrlərdən biri hesab edirəm.

- Avropa İttifaqı Ermənistana öz köməyini təklif edib, azad ticarət üçün ikitərəfli pəncərə açıb. Təbii ki, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması da bu dövrdə önəmlidir. Çünki Rusiyanın alternativi regionda böyük Türkiyə bazarı və Türkiyə sərmayəsi ola bilər. Bu məsələ həm də Azərbaycan-Türkiyə məsləhətləşmələrindən asılıdır. Bu tandem nə edəcək?

– Artıq altyapıda Türkiyə-Ermənistan sərhədinin açılması və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində çox böyük məsafə qət olunub. Tərəflər çox böyük məsafə qət ediblər və artıq Türkiyədən həm ticarət, həm də turizm üçün kifayət qədər qapılar açılıb. Sadəcə rəsmi sərhədlərin açılması qalıb.

Paşinyan da öz tərəfindən bəyan etdi, sonra Ararat Mirzoyan da Türkiyədə səfərdə olanda dedi ki, biz tam şəkildə hazır vəziyyətdəyik. Yəni Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə yaxın Türkiyə qapıları da açılacaq. Mən razıyam ki, regionda Rusiyanı əvəz edə biləcək tək qüvvə Türkiyədir. Avropa Birliyi nə qədər Ermənistana dəstək versə, nə qədər açıq qapı siyasəti yürütsə, nə qədər vizasız gediş-gəliş imkanları tanısa da, quru sərhədləri olan və regionda daha rahat bazar formalaşdıran Türkiyə Ermənistan üçün Rusiyanın əvəzləyicisidir.

Elə çox qüvvələrin Ermənistan daxilində də qorxduğu budur. O qapı açılarsa, həm düşmənçiliyə, həm də revanşizm siyasətinə son veriləcək bir dövr başlayır. Məncə, Türkiyə və Azərbaycan da bunun fərqindədir və yavaş-yavaş buna doğru gedirlər. Dediyim kimi, altyapıda bununla bağlı çox məsafə qət edilib. Amma real nəticələr Azərbaycanla Ermənistan sülh müqaviləsini bağlamağa yaxın olanda ortaya çıxacaq. Artıq bu addım da sülh müqaviləsinə bir töhfə olar.

- Dünən ABŞ Dövlət katibi Rubio Azərbaycanın xarici işlər nazirinə zəng edib. Amma Ermənistan xarici işlər naziri ilə belə bir telefon danışığı olmayıb. Azərbaycanla üç məsələ müzakirə olunub: həm Ermənistanla sülh prosesi, həm kommersiya mövzuları, həm də Amerika-Azərbaycan münasibətləri. Bu çox maraqlıdır. Həm sülh prosesi ilə bağlı müəyyən narahatlıqlar fonunda maraqlıdır, həm də Paşinyanın gözlənilən Moskva səfəri ərəfəsində Amerikanın mövqeyi maraqlıdır. Necə şərh edirsiniz?

– Mən hesab edirəm ki, bu, sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinə verilən mesajdır. Ola bilsin ki, Paşinyanın manevrləri barədə Amerikanın da informasiyası var. Onlar bilirlər ki, Azərbaycan bundan narahatdır ki, fərqli region siyasəti sabah sülh müqaviləsindən imtina üçün əsas ola bilər. Azərbaycan da, Amerika Birləşmiş Ştatları da buna görə sülh məsələsində mövqeyini sərtləşdirə bilər.

Buna görə də əvvəlcədən bir arxayınlıq yaratmaq və həmçinin Azərbaycanı bu istiqamətdə rahatlatmaq üçün deyirlər ki, biz prosesləri nəzarətdə saxlayırıq və narahat olmayın, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Region ətrafında baş verən hadisələr, həmçinin Ermənistan-Rusiya münasibətləri ilə bağlı səfərlər bizim tam şəkildə nəzarətimizdə olan məsələdir. Müzakirə olunan digər məsələlər – iqtisadi əlaqələr, müttəfiqlik və sair məsələlər sadəcə olaraq bir süfrənin delikatesidir, əsas yeməyi deyil.

- Bu günlərdə Ermənistanın xarici işlər naziri Mirzoyan Tehranda idi. O, TRIPP layihəsinin İran üçün təhlükəsizlik məsələsi olmadığını əsaslandırmağa çalışır, həm də faydalı iqtisadi layihə olduğunu bildirir. Məntiqlə bu səfərdən sonra Rubionun Mirzoyanla da telefon danışığının olması vacib idi. Çünki İrəvan ABŞ-nin regiondakı rəqibi ilə müzakirə içindədir. İranın bu proseslərə tormozlayıcı təsir imkanları qala bilər?

– Mən sizinlə bir məsələdə razı deyiləm. Amerikanın bu gün regionda ən böyük müttəfiqi İrandır, həm də rəqibidir...

– İqbal bəy, qeyd etdiniz ki, Amerikanın regionda həm əsas rəqibi, həm də müttəfiqi İrandır. Bu necə başa düşülməlidir?

– Bəli, düz eşitdiniz. ABŞ ilə İran Çinlə qlobal rəqabət şəraitində, xüsusilə enerji daşıyıcıları məsələsində Venesuela ssenarisinə bənzər şəkildə müəyyən razılığa gəliblər. Lakin əsas problem Vaşinqtonla Tehranın bir-biri ilə tam dil tapa bilməməsində və mütəmadi hədələrdədir. İran atəşkəsdən sonra Amerikaya hakimiyyətin qısa zamanda bərpa olunacağını və sivil idarəetməyə keçəcəyini vəd etmişdi.

Amma hazırda İranda ali dini rəhbər faktiki olaraq ortada yoxdur. Pezeşkianın oğlunun paylaşdığı karikatura və şeirlər də hakimiyyətə SEPAH rəhbərliyinin gəldiyinə işarə edirdi. Amerika isə SEPAH-ın idarəçiliyinə qarşıdır və hakimiyyətin mülki qaydada həyata keçirilməsini tələb edir. Əgər SEPAH hakimiyyətdə qalsa, gərginlik səngiməyəcək. Yox, əgər mülki idarəetməyə keçilsə, bu dəfə SEPAH ötən dövrdəki etirazların yatırılmasına və baş verən ölüm hallarına görə xalq qarşısında cavab verməli olacaq.

İranda vəziyyət gərgindir: ötən illə müqayisədə cəmiyyət artıq şəriət qanunları ilə yaşamaq istəmir. SEPAH ya bu qaydaları sərt şəkildə qaytarmalıdır, ya da mülki hakimiyyət qurulmalıdır. Lakin bu keçid təmin olunmadığı üçün SEPAH ilə mülki qüvvələr arasında ciddi mübarizə gedir.

– Bu daxili ziddiyyətlər fonunda Tehranın xarici siyasətə, o cümlədən regiondakı proseslərə təsir imkanları qalırmı?

– XİN rəhbərlərinin və ya digər rəsmilərin nə deməsindən asılı olmayaraq, ABŞ çox gözəl bilir ki, İran daxildə öz problemlərini həll edə bilmədiyi üçün onun qonşu dövlətlərə təsir imkanları sıfıra bərabərdir. Elə prezident Pezeşkian da bir neçə çıxışında üstüörtülü şəkildə “mən heç kiməm, daha ciddi hakimiyyət var” mesajını verib. Trampın mütəmadi sərt bəyanatlar verməsinin səbəbi də İrana verilən sözlərin tutulmamasıdır.

Möhsün Rezayinin Ali Dini Şuraya katib təyin olunmasından sonra isə ölkədə faktiki idarəçilik onun əlinə keçib və bu, cəmiyyətdə böyük narahatlıq yaradıb. İranda ciddi milli problem mövcuddur – milliyyətçi lider olan Rezayinin hakimiyyətini nə ölkədəki türklər, nə də farslar qəbul etmirlər. Buna görə də İran ətrafındakı vəziyyət xaricdən çox, məhz daxildə daha sürətlə qarışacaq.

E.Rüstəmli

“AzPolitika.info”


Oxunub: 2 897
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:19 | 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
    Bu gün, 17:17 | Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
    Bu gün, 16:44 | Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
    Bu gün, 16:21 | Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
    Bu gün, 16:19 | Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
    Bu gün, 16:07 | Bakıda obyekt yanır: bu yol bağlandı - Video
    Bu gün, 14:57 | Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
    Bu gün, 14:42 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
    Bu gün, 14:30 | İşdən çıxarılan generala yeni vəzifə verildi
    Bu gün, 14:28 | Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
    Bu gün, 14:14 | Minimum əmək haqqı 500 manat civarında olacaq
    Bu gün, 14:13 | İlham Əliyev daha 2 fərman imzaladı
    Bu gün, 14:12 | "Traktor"un oyunu ən çox izlənilən 2-ci matç oldu
    Bu gün, 13:18 | “Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
    Bu gün, 13:17 | Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
    Bu gün, 13:13 | Noyabrın 17-də hava belə olacaq
    Bu gün, 13:11 | Bakı metrosunda ölüm
    Bu gün, 12:49 | Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi
    Bu gün, 12:47 | Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
    Bu gün, 12:41 | Qazi faciəvi şəkildə öldü
    Bu gün, 12:39 | İlham Əliyev fərman imzaladı
    Bu gün, 12:37 | 25 iş günü, 11 min dollar maaş – Azərbaycanda iş elanı
    Bu gün, 07:44 | “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
    Bu gün, 07:42 | Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
    Bu gün, 07:38 | Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
    Bu gün, 07:36 | Hörmüzdə daha bir tanker minaya düşdü
    Bu gün, 02:06 | Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
    Bu gün, 01:53 | Fransa Türkiyəni məğlub etdi
    Bu gün, 00:00 | Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Dünən, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Dünən, 13:38 | Bu binalara istilik verilməyəcək
    Dünən, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Dünən, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Dünən, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Dünən, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Dünən, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Dünən, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.