Bazarda bahaçılıq alıcılıq qabiliyyətinin azalmasına səbəb oldu - VİDEO
İstehlak bazarında meyvə-tərəvəz bolluğu var, amma qiymətləri yüksəkdir. Xezerxeber.az-ın məlumatına görə, bahaçılıq bazarda alıcılıq qabiliyyətinin aşağı olmasına səbəb olub. Alıcılar qiymətlərdən, satıcılar isə müştəri azlığından şikayət edirlər. Məsələn, bazarda lobya 3 manat 50 qəpik, pomidor 3 manat, şaftalı 4 manat, gavalı isə 3 manatdır. Satıcılar deyirlər ki, hazırda rekord bahalaşma lobyada müşahidə edilir. Bunun isə bir neçə səbəbi var. Satıcılar qiymətlərin növbəti həftələrdə ucuzlaşa biləcəyini bildirirlər. Ətraflı süjetdə:
Bizimlə əlaqə saxlayın
Oxunub: 179
Xəbəri paylaş
Paylaş: