Çempionlar Liqası: “Sabah” darmadağınla növbəti mərhələdə - VİDEO
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxıb. Matç "Sabah"ın 5:2 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb. İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyi bacarıb. Beləliklə, paytaxt təmsilçisi ÇL-in Liqa mərhələsində, “Hapoel” (Beer-Şeva) isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək. Qeyd edək ki, "Sabah" "Qarabağ"dan sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan klubu olub. UEFA Çempionlar Liqası Pley-off, cavab oyunu 25 avqust 20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail) - 5:2 Qollar: Zlatinoviç, 11 (0:1), Kristian Nvaçukvu, 38 (1:1), Mizrahi, 61 (1:2), Umarali Raxmonəliyev, 74 (2:2), Tellur Mütəllimov, 90+4 (3:2), Mbina, 101 (4:2)
Qırmızı vərəqə: Diop, 100 ("Hapoel")
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:2





















