"Azəriqaz" rəhbərliyi Qaxda sakinlərlə görüşəcək
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun növbəti vətəndaş qəbulu avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Azəriqaz İB-nin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Qax şəhəri, Nəriman Nərimanov küçəsi 7 ünvanında baş tutacaq görüşdə Qax və Şəki rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Qəbulda ünvanlanan müraciətlərin yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olması xahiş edilir. Qəbula dair əlavə məlumat almaq istəyən şəxslər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















