Fermerlər südün alış qiymətinin aşağı olmaması üçün çıxış yolunu göstərdilər - VİDEO
On gün ərzində satılan süddən əldə edilən qazanca heyvanın bir günlük xərcini ödəmir. Bölgələrdə fermerlər südün alış qiymətindən narazıdırlar. Heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri deyirlər ki, son illər xərcləri artsa da süd toplama məntəqələri onlardan südü çox aşağı qiymətə alırlar. Fermer Emin həsənov deyir ki, süddən əldə olunan gəlir heyvanın xərcini qarşılamır . Yaranan vəziyyət və süd toplama məntəqələrinin müstəqil qiymət tənzimləmələri fermerləri çətin vəziyyətə salıb. Belə ki, məntəqələr təsərrüfatlardan yalnız yağı alınmış üzsüz süd tələb edirlər. Bunun da qiymətini məntəqələrdən asılı olaraq 15 qəpikdən başlayır. Süd alan müəssilərdən isə bildirildi ki,qiymət bazar iqtisadıyatına uyğun şəlidə olur. Hansı müəssisəyə qiymət necə sərf etsə o qiymətədə də südü alır. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






















