Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
  • AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
  • Dollar alıb-satanlara vacib xəbər...
  • Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
  • Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
  • Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
  • Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
  • Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
  • Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
  • Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
  • Həsrət Cəfərov DÇ-də medalsız qaldı
  • Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
  • Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
  • Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
  • TƏBİB Bahadur Rzayevə həvalə olundu
  • Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
  • Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
  • Həkəri çayı üzərində su anbarı tikiləcək
  • Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
  • Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Pakistan səfiri: Azad edilən ərazilərin bərpasında iştirak bizim üçün böyük şərəf olardı - MÜSAHİBƏ

  • Tarix: 7-02-2025, 09:32

Azərbaycanın Cənubi Asiya ölkələri arasında sıx əməkdaşlıq etdiyi dövlət dost və qardaş Pakistan hesab olunur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub.

Bakı ilə İslamabad arasında münasibətlər təkcə diplomatik və siyasi müstəvidə inkişaf etmir, tərəflərin həm də iqtisadiyyat və müdafiə sahəsindəki əməkdaşlığı güclü bazaya malikdir. O cümlədən çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan-Pakistan əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.

Bu yüksək səviyyəli münasibətlərin nəticəsidir ki, Azərbaycan və Pakistan siyasi liderləri tez-tez qarşılıqlı səfərlər həyata keçirirlər.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin “Report”a müsahibəsində qarşılıqlı yüksək səviyyəli səfərlərin detalları, həmçinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün atılmalı olan addımlar, ticarət dövriyyəsini artırmaq üçün görülən işlər, Pakistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı, müdafiə və ətraf-mühit sahəsində əməkdaşlıq, Pakistanın terrorla mübarizəsi, Pakistan-Hindistan münasibətləri kimi mövzularda sualları cavablandırıb.

- Cənab səfir, Pakistanla Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? Səfir kimi Pakistan-Azərbaycan münasibətlərini növbəti səviyyəyə çıxarmaq üçün hansı addımlara ehtiyac duyursunuz?

- Ölkələrimiz ortaq din, mədəniyyət və qarşılıqlı hörmətə əsaslanan qardaşlıq münasibətlərinə malikdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri və Ermənistanı tanımayan yeganə ölkədir. Azərbaycan və Pakistan arasında ərazi bütövlüyü və suverenlik kimi əsas məsələlərdə qarşılıqlı dəstəyin güclü təməli mövcuddur. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Azərbaycan Prezidenti İlham Əliyev arasında tez-tez baş tutan görüşlər ikitərəfli əməkdaşlığımızı daha da dərinləşdirib.

Doğrudur, iki ölkə arasındakı ticarət istədiyimiz səviyyədə deyil və potensialımızdan aşağıdır. Ancaq müxtəlif sektorlarda əlaqələrin genişləndirilməsinə ciddi səy göstərilir, ticarətin şaxələndirilməsi və ticarət həcminin artırılmasına böyük diqqət yetirilir. Bu çərçivədə biz son zamanlar Preferensial Ticarət Sazişini (PTS) və Tranzit Ticarət Sazişini (TTS) həyata keçirmişik. Həmçinin hazırda enerji sektoru və infrastruktur inkişafı sahəsində əməkdaşlıq müzakirə olunur.

Ötən həftə İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclası və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirildi. Tərəflər qarşılıqlı maraq doğuran xarici siyasət məsələlərində mövqelərimizi daha da uyğunlaşdırmaq üçün tədbirləri müzakirə etdilər. Həmçinin ticarət və investisiya, enerji, müdafiə, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Düşünürəm ki, ölkələrimizin biznes strukturları arasında daha çox əməkdaşlığa ehtiyac var. Ona görə də burada biznes sektorları arasında daha sıx qarşılıqlı əlaqələri təşviq etməyə çalışıram. Bu istiqamətdə müsbət inkişaf iki ölkənin fond birjaları arasında görüşün keçirilməsidir.

Bu gün ikitərəfli əlaqələrimizin sütununu insanlarımız arasındakı sevgi və hörmət təşkil edir. Artıq Azərbaycan pakistanlı turistlər üçün aparıcı istiqamətlərdən birinə çevrilir. Ötən il Pakistandan 80 mindən çox insan Azərbaycana səfər edib. Bakıdakı müxtəlif təhsil müəssisələrində Pakistandan olan tələbələrin sayı getdikcə artır. Bu cür qarşılıqlı əlaqələr isə xalqlarımız arasında münasibətləri daha da gücləndirməyə kömək edən körpü rolunu oynayır. Əminəm ki, 2025-ci il ikitərəfli əlaqələrimizin bütün aspektlərində şad xəbərlər eşidəcəyik.

- Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır. Səfər zamanı yeni əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulubmu?

- Baş nazir fevralda Azərbaycana səfər etməyi səbirsizliklə gözləyir. Hökumətlərimiz bir neçə yeni təklifi müzakirə edir və mövcud sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi yollarını nəzərdən keçirirlər. Müzakirə etdiyimiz əsas sahələrdən biri enerji sektorudur. Müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün çalışırıq. Yaxşı xəbərlərin olacağına ümidliyik.

- Ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün hansı yeni təşəbbüslər nəzərdən keçirilir? Pakistan və Azərbaycan arasında ticarəti genişləndirmək və sərmayəni artırmaq üçün hansı mexanizmlər mövcuddur? Həmçinin illik ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hansı addımlar atılır?

- Preferensial Ticarət Sazişi və Tranzit Ticarət Sazişinin bağlanması, eləcə də icrası ikitərəfli iqtisadi münasibətlərimizdə mühüm mərhələdir. Yeni institusional dəyişikliklər tarifləri, eləcə də yükdaşıma müddətini və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq. Bu, hər iki ölkənin iş adamlarını yalnız mövcud malların ticarət həcmini genişləndirməyə deyil, həm də bir-birinin bazarlarında satıla biləcək məhsulları şaxələndirməyə təşviq edəcək. Bunların fonunda iki milyard dollarlıq hədəfə çatmaq mümkün görünür. Bu, müəyyən qədər vaxt ala bilər, ancaq yekunda hədəfə çatacağımıza inanıram. Bu məbləğin əldə edilməsi üçün bir və ya iki böyük investisiya sazişi imzalamaq yetərli olar.

Hazırda tərəflər enerji, İKT, əczaçılıq, mühəndislik və infrastruktur inkişafı daxil olmaqla, yüksək gəlirli sektorlarda əməkdaşlığı da araşdırırlar. Həmçinin qarşılıqlı iqtisadi fayda üçün ortaq müəssisələr yaratmağı müzakirə edirik.

Ötən həftə İslamabadda Birgə Komissiyanın iclasında nümayəndə heyətlərinə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev rəhbərlik ediblər. Elə orada da müzakirələr enerji, kommunikasiya, ticarət və investisiya, müdafiə sənayesi, İKT, bank, kənd təsərrüfatı, turizm, səhiyyə və iqlim dəyişmələri kimi sahələri əhatə edib.

- Cənab səfir, bildiyiniz kimi, Pakistan şirkətləri qısa müddət əvvəl Azərbaycanın tekstil sənayesinə investisiya qoymaq istəyirdilər. Bilmək istərdik ki, şirkətləriniz Azərbaycanda daha hansı sahələrə investisiya yatırmaqda maraqlıdırlar? Ümumiyyətlə, yeni investisiya layihələri varmı?

- Tekstil sahəsində əməkdaşlıq üçün, həqiqətən də, böyük potensial var. Çünki Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib və olduqca dinamikdir. Pakistanda, demək olar ki, bütün əsas beynəlxalq brendlər üçün məhsul istehsal olunur. Azərbaycanın keyfiyyətli geyimlərə olan tələbatı və Pakistanın hazır geyim sahəsindəki təcrübəsi nəzərə alınmaqla geyim istehsalı sahəsində səmərəli əməkdaşlıq qurmaq mümkündür.

Bundan başqa, Pakistanda Azərbaycanın tikinti sektoruna sərmayə qoymağa böyük maraq var. İşğaldan azad edilmiş ərazilərin bərpa işlərində iştirak etmək bizim üçün böyük şərəf olardı.

Pakistan həmçinin bərpa olunan enerji, xüsusilə günəş enerjisi vasitəsilə enerji qarışımının inkişafı və diversifikasiyasında böyük irəliləyişlər əldə edib. Bu mühüm sahədə də iki ölkə arasında təcrübə mübadiləsi və birgə müəssisələrin qurulması üçün böyük potensial mövcuddur. Ümumiyyətlə, enerji, nəqliyyat və infrastruktur kimi sahələrdə əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılır. Bu barədə fevralda Baş nazir səfər edəndə də daha ətraflı məlumat əldə edəcəksiniz. Bəzi layihələr hazırlanır, tezliklə onların elan olunacağına ümid edirəm.

Kənd təsərrüfatı və heyvandarlıq sektorlarında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və faydalı əməkdaşlığa başlamaq üçün müzakirələr aparılır.

Əməkdaşlıq üçün perspektivli olan digər bir sektor əczaçılıqdır. Burada böyük potensial var. Azərbaycan hazırda dərmanları Avropadan yüksək qiymətlərlə idxal edir və bir çox hallarda həmin məhsulların istehsal yeri Pakistan olur. Bu məhsullar Pakistandan digər ölkələrə göndərilir və nəticə etibarilə əlavə dəyər qazanır. Yəni Azərbaycan eyni məhsula əlavə pul ödəyir. Əgər biz bu vasitəçiləri aradan qaldıra və birbaşa əlaqə qura bilsək, Azərbaycan Pakistandan keyfiyyətli dərmanlar əldə edə bilər. Bu baxımdan, sərmayə ikitərəfli ola bilər. Yəni bizim şirkətlərimiz Azərbaycana sərmayə qoya, burada fabriklər və sənaye müəssisələri qura bilərlər. Hətta birgə müəssisə yaratmaq da mümkündür.

- Bir müddət əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif “Bir kəmər, bir yol” və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihələrinin genişləndirilməsinə nail olmağı vacib hesab etdiyini bildirib. Şimal-Cənub dəhlizində Hindistanın əsas tərəflərdən biri olduğunu nəzərə alsaq, Pakistanın bu layihədə iştirakı necə tənzimlənə bilər?

- Pakistan regionumuzdakı bütün ölkələrin əlaqələrini yaxşılaşdıracaq təşəbbüs və layihələrlə maraqlanır və onları dəstəkləyir. “Bir kəmər, bir yol” təşəbbüsü və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihələri də bu baxımdan olduqca önəmlidir.

Ümid edirik və gözləyirik ki, regionumuzdakı bütün ölkələr müsbət mövqe tutaraq Hindistanın kiçik və dar düşüncəli siyasətindən yüksəyə qalxacaqlar. Təkmilləşdirilmiş regional əlaqələr daha güclü regional iqtisadi əməkdaşlığın yaranmasına kömək edəcək ki, bu da öz növbəsində vətəndaşlarımızın həyat səviyyəsini yaxşılaşdıracaq.

Bu cür əməkdaşlıq regional təhlükəsizlik baxımından da vacibdir, çünki regional əlaqələr regional təhlükəsizlik və sabitliyə gətirib çıxarır.

- Pakistan və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq barədə də fikirlərinizi bilmək istərdik. İki ölkə arasında hərbi əməkdaşlıqda diqqət mərkəzində əsas nə dayanır? Hərbi texnikanın birgə istehsalı hansı səviyyədədir?

- Hər iki ölkə bütün sahələrdə, o cümlədən müdafiə sahəsində sıx əməkdaşlığa malikdir. Biz keçən ilin dekabrında Pakistanda keçirilən Müdafiə Sərgisində (IDEAS) Azərbaycanın iştirakını yüksək qiymətləndiririk. Pakistan isə ötən ilin sentyabr ayında Bakıda keçirilən Müdafiə Sərgisində (ADEX) yüksək səviyyədə iştirak edib.

ADEX-də nümayiş etdirilən Pakistanın müdafiə texnikası arasında yerli istehsal olan “JF17 Thunder” qırıcı təyyarələri diqqət mərkəzində idi. İndi onlar Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilir.

Pakistan bir sıra ölkələrin, o cümlədən Hindistanın Ermənistana müasir və öldürücü silah satışının artması səbəbindən regional sabitliyi təmin etmək üçün Azərbaycanın müdafiə qüvvələrini modernləşdirmək ehtiyacını və səylərini tam başa düşür. Sizin çox güclü hərbi hava qüvvələriniz və silahlı qüvvələriniz var. Lakin “JF17”yə sahib olmaq sizə bütün regionda əlavə üstünlük verəcək. Biz hər məsələdə bir yerdəyik. Deyərdim ki, ölkələrimiz arasında müdafiə sahəsindəki əməkdaşlıq qardaşlar arasında olan əməkdaşlıq kimidir.

- Bəs Pakistan Azərbaycanın regionda sabitliyin təmin edilməsində rolunu necə qiymətləndirir?

- Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi, Rusiya, İran, Ermənistan, Gürcüstan və Türkiyə ilə sərhədləri ölkənin regional sabitlikdə mühüm rol oynadığını göstərir. Bunu Pakistan səfiri olduğum üçün demirəm, reallıq ondan ibarətdir ki, Azərbaycanın regionda həlledici rolu var.

Dünyanın əsas enerji istehsal edən ölkələrindən biri olduğuna görə Azərbaycan bu gün Avropanın əhəmiyyətli enerji təchizatçısıdır. Bu, ölkənin regionda ən güclü müdafiə qüvvələrindən birinə sahib olması faktı ilə birlikdə tarixən Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin təmin edilməsində həlledici amil olub. Lakin fikrimcə, Azərbaycanın əsl gücü Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və Azərbaycan xalqının mərdliyi, etimadı sayəsində dinamik və səmərəli xarici siyasət yürütməsidir.

Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsi, sülh və inkişafa inamı təkcə regional təhlükəsizlik və sabitlik üçün deyil, həm də regionun sosial-iqtisadi inkişafı üçün həlledici rol oynayır.

Mən bu fürsətdən istifadə edərək Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına, məcburi köçkünlərin qayıdışına və iqtisadi inkişafa diqqət yetirmək səylərini təqdir edirəm.

Lakin 2020-ci ildə İkinci Qarabağ Müharibəsində və 2023-cü ildə antiterror əməliyyatlarında qəti və tam qələbə qazanmasına baxmayaraq, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müsbət jestlərinə qarşılıq verilməməsi narahatlıq doğurur.

Prezident İlham Əliyevin cari ildə Azərbaycanın televiziya kanallarına verdiyi müsahibəsində də qeyd etdiyi kimi, silahlanma yarışı yerinə, səylər regional rifaha yönəldilməlidir. Çox təəssüf ki, Ermənistan hökuməti öz xalqına da fayda verəcək belə məsləhətlərə məhəl qoymur. Ermənistan anlamalıdır ki, Azərbaycan silahlanma yarışı istəmir. Azərbaycan vəsaitini Ermənistan işğalı səbəbindən məcburi köçkün düşmüş insanların yurdlarına qayıtmasına yönəltmək istəyir. Düşünürəm ki, Ermənistanın Baş naziri müdrik məsləhətləri dinləməlidir, çünki Azərbaycan hərbi cəhətdən regionun ən güclü və sülhsevər ölkəsidir. Ancaq həm də Azərbaycanın özünümüdafiə hüququ var.

Bu gün görürük ki, həll olunmuş münaqişəni (Ermənistan-Azərbaycan münaqişəsi – red.) yenidən qızışdırmaq üçün cəhdlər var. Azərbaycan, Pakistan və Türkiyə üçün isə sözügedən münaqişə bitib. Belə olan təqdirdə Hindistan da daxil olmaqla bəzi ölkələrin Ermənistanı çox təhlükəli silahlarla təmin etməsini başa düşmək olmur. Bunların fonunda bir daha bildirmək istəyirəm ki, Pakistan həmişə qardaş Azərbaycanın yanında olub və Qarabağla bağlı ölkənin ədalətli mövqeyini dəstəkləməyə davam edəcək.

- Pakistan iqlim dəyişikliyi ilə mübarizədə də fəallıq nümayiş etdirir. Maraqlıdır, xüsusilə, COP29-dan sonra Azərbaycanla ətraf-mühit məsələləri ilə bağlı əməkdaşlıq planları varmı?

- Baş nazir Şahbaz Şərif də COP29-da iştirak etdi. Bu yüksək səviyyəli iştirak Pakistanın iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanla tərəfdaşlığa və ona dəstək verməyə hazır olduğunu əks etdirirdi.

Pakistanın iqlim dəyişikliyinə qarşı həssaslığı 2022-ci ildəki daşqınlar kimi hadisələrlə daha da üzə çıxır və qlobal istixana qazı emissiyalarına minimal töhfə verən ölkələr üzərindəki qeyri-mütənasib təsiri açıq şəkildə göstərir. Daşqınlar 33 milyondan çox insana təsir göstərib, əhəmiyyətli itki və ziyana səbəb olub.

Pakistan qlobal miqyasda iqlimə ən həssas ölkələrdən biridir. Bu həssaslıq, xüsusilə də tarixən iqlim böhranına səbəb olan əsas emissiyaçılardan güclü beynəlxalq dəstək tələb edir. Adekvat maliyyələşdirməyə ehtiyac təkcə fəlakətlərin aradan qaldırılması üçün deyil, həm də “yaşıl enerji”yə keçid də daxil olmaqla uzunmüddətli adaptasiya və yumşaltma strategiyaları üçündür.

- Azərbaycan və Türkiyə dəfələrlə yüksək səviyyədə bəyan ediblər ki, BMT-nin, xüsusilə də Təhlükəsizlik Şurasının (TŞ) islahata ehtiyacı var. Bu məsələdə Pakistanın mövqeyi necədir?

- Tamamilə razıyıq ki, Birləşmiş Millətlər Təşkilatının, xüsusilə də Təhlükəsizlik Şurasının islahata ehtiyacı var. Pakistan BMT-də daimi üzv yerlərinə qarşıdır, çünki daimi üzvlük İkinci Dünya Müharibəsindən sonrakı danışıqların məhsuludur və bu gün BMT daxilində yeni "imtiyaz mərkəzləri" yaratmağa heç bir əsas yoxdur. Biz Təhlükəsizlik Şurasının bir neçə ölkə tərəfindən inhisarlaşdırılmasına qarşıyıq.

Təhlükəsizlik Şurasında daha tez-tez təmsil olunmaq istəyən ölkələr üçün daha şəffaf üsul daimi imtiyazların möhkəmləndirilməsi deyil. Bununla belə, Pakistanın da dəstəklədiyi ikiillik qeyri-daimi yerlərin genişləndirilməsi mövzusunda razılaşma mövcuddur. Bu, üzv dövlətlər arasında uçurumu dərinləşdirmədən daha ədalətli təmsilçiliyi təmin edir. Pakistan daimi olmayan üzvlərin Baş Assambleya tərəfindən seçilməsini təklif edir. Bu məsələnin müzakirəsi davam edir. Yekun nəticənin olmaması isə özlüyündə BMT-nin ləng bürokratiyasını əks etdirir ki, onilliklər boyu müzakirələr aparılır, amma heç bir nəticəyə gəlinmir. Bu isə BMT sisteminin islahata ehtiyac duyduğunu göstərir.

Pakistan, 11-12 yeni qeyri-daimi üzv əlavə edilməsi barədə təklifi də dəstəkləyir, çünki bu, Təhlükəsizlik Şurasında heç vaxt xidmət etməmiş kiçik və orta dövlətlərə daha geniş təmsilçilik imkanı verir. Bu, BMT TŞ-nin hesabatlılığı və demokratikləşməsini də təşviq edəcək.

- Cənab səfir, Pakistanın qonşu ölkələrlə birlikdə terrora qarşı mübarizə səyləri hansı səviyyədədir?

- ABŞ-nin Əfqanıstandan çıxması və 2021-ci ildə “Taliban”ın Əfqanıstanda hakimiyyətə qayıtması Pakistanın terrorla mübarizə strategiyasını yenidən formalaşdırdı. Biz hazırda Əfqanıstanda fəaliyyət göstərən terror qrupları ilə əlaqəli hücumların artdığını müşahidə edirik. Pakistan dəfələrlə Əfqanıstandan öz ərazisinin yenidən terror yuvasına çevrilməməsi üçün müvafiq tədbirlər görməsini tələb edib. Hətta bu istiqamətdə “Taliban”la işləməyə hazır olduğumuzu da bildirmişik. Çünki Pakistan terrorla mübarizədə həmişə ön cəbhə olub və hazırda da bu mövqedədir.

Biz əfqan xalqını qardaşlarımız hesab edirik. Pakistan 40 ildən artıq müddətdə 4 milyondan çox əfqanı qaçqın kimi qəbul edib. Sovet ittifaqının Əfqanıstana müdaxiləsindən bəri biz ən çox əfqan qəbul edən ölkə olmuşuq. Hazırda da Pakistanda təxminən bir milyon əfqan yaşayır. Biz onlara qucaq açırıq, ancaq əvəzində aldığımız cavab sadəcə təəssüf doğurur. Görünən odur ki, Əfqanıstandakı hökumət vəziyyəti idarə etməyə qadir deyil və ya bunun üçün iradəsi yoxdur. Onun nəticəsidir ki, Əfqanıstandan Pakistana qarşı hücumlar edilir.

Əfqanıstan rəhbərliyinə məsləhət görürük ki, diqqətlərini ölkənin yenidən qurulmasına və xalqın sosial-iqtisadi yüksəlişinə, həmçinin sərhədyanı terror həyata keçirən terrorçulara sığınacaq verilməməsi üçün effektiv tədbirlər görülməsinə yönəltsinlər.

Lakin Əfqanıstan tərəfindən adekvat tədbirlər görülmür. Bu səbəbdən Əfqanıstan ərazisindən Pakistana qarşı terror hücumları artıb. Nəticədə Pakistan Silahlı Qüvvələri hərbi cavab verməyə məcbur qalır. Ancaq qeyd etmək lazımdır ki, bizim cavabımız daha sərt ola bilərdi, sadəcə biz Əfqanıstan tərəfini məsləhətlərimizə qulaq asmağa təşviq etmək üçün çalışırıq.

Əfqanıstandakı terror qruplarının artmasının səbəbi onların maliyyələşdirilməsidir. Bu gün Hindistan da daxil olmaqla, üçüncü ölkələrin Pakistana qarşı terroru maliyyələşdirmək və dəstəkləmək kimi təhlükəli siyasət yürütdüyü sirr deyil. Bizim Hindistanın Pakistandakı terror təşkilatlarını maliyyələşdirməsi ilə bağlı sənədli sübutlarımız var. Pakistanda həbs olunmuş Hindistan kəşfiyyatının zabiti var. O, yeddi il əvvəl həbs edilib və Pakistana qarşı hücumlar həyata keçirdiyini etiraf edib. Biz bütün məsələlərdə Hindistana qarşı səmimi olmağa çalışırıq, lakin əvəzində terrorun maliyyələşdirildiyini görürük.

Belə səhv addımlar isə regional sabitliyi sarsıdır və sülhə ciddi təhlükə yaradır. Buna görə də Hindistanın terroru dəstəkləmə və maliyyələşdirməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin effektiv tədbirlər görməsi çox vacibdir. Çünki Hindistanın dəstəklədiyi terror təkcə Pakistana qarşı yönəlməyib. Kanada və ABŞ-də Hindistan tərəfindən maliyyələşdirilən terror və qətl hadisələri bu ölkənin dəstəklədiyi terrorun bölgə hüdudlarını çoxdan aşdığını göstərir. Ona görə də yaxşı olardı ki, “Taliban” bizim məsləhətlərimizə qulaq assın.

- Bu gün Hindistanla Pakistan arasında əsas problemlərdən biri də Cammu və Kəşmir məsələsidir. Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir. Bilmək istərdik ki, bu məsələ ilə bağlı Hindistanla danışıqlar nəzərdə tutulurmu?

- Pakistan İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə Əlaqə Qrupunun üzvü kimi Hindistanın işğalı altında qalan Cammu və Kəşmir məsələsində Azərbaycanın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

Cənubi Asiyada real və davamlı sülh Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, eləcə də Kəşmir xalqının arzu və istəklərinə uyğun olaraq ədalətli həllindən asılıdır.

Pakistan Hindistanla istənilən səviyyədə, istənilən formatda danışıqlara hazırdır. Lakin bizim xoş niyyətimizə Hindistan adekvat cavab vermir, çünki bu ölkənin rəhbərliyi siyasi qazanc əldə etmək üçün islamofobiya siyasətinə fokuslanıb. 2019-cu ildən etibarən Hindistanın müsəlmanlara qarşı siyasəti daha da amansız olub. Fikrimcə, danışıqların baş tutması üçün hər iki tərəf səmimi olmalıdır. Əgər bir tərəfdə səmimiyyət yoxdursa, bu, vaxt itirməkdir.

Azərbaycan 30 il sonra öz ərazilərini uğurla işğaldan azad etdi. Bu, tarixi faktdır və göstərir ki, insanların iradəsini əbədi olaraq boğmaq olmaz. Hazırda Pakistan da, Azərbaycanın uzun illər etdiyi kimi, məsələnin diplomatik yolla həll olunmasını istəyir. Kəşmirlilərin hüquqları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq onlara geri verilməlidir. Hindistan bununla razılaşana qədər Cammu və Kəşmir üçün diplomatik və mənəvi dəstəyimizi davam etdirəcəyik.

Foto: Vüqar Xanlarov


Oxunub: 2 780
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    Dünən, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    Dünən, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    Dünən, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    Dünən, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    Dünən, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    Dünən, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    Dünən, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Dünən, 20:48 | Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
    Dünən, 20:43 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Dünən, 20:37 | Həsrət Cəfərov DÇ-də medalsız qaldı
    Dünən, 19:49 | Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
    Dünən, 19:48 | Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
    Dünən, 19:46 | Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
    Dünən, 18:48 | TƏBİB Bahadur Rzayevə həvalə olundu
    Dünən, 18:10 | Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
    Dünən, 17:49 | Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
    Dünən, 17:47 | Həkəri çayı üzərində su anbarı tikiləcək
    Dünən, 16:59 | Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
    Dünən, 16:58 | Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
    Dünən, 16:56 | Bu cərimələr yenilənir
    Dünən, 16:55 | ADY yeni rayonlararası sərnişin qatarları alır
    Dünən, 16:53 | Bununla bağlı yeni cərimələr müəyyənləşir
    Dünən, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Dünən, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Dünən, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Dünən, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Dünən, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Dünən, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    26-10-2026, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    26-10-2026, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    26-10-2026, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    26-10-2026, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    26-10-2026, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    26-10-2026, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    26-10-2026, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    26-10-2026, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    26-10-2026, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    26-10-2026, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    26-10-2026, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    26-10-2026, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    26-10-2026, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    26-10-2026, 13:10 | Qarabağ qazisi vəfat etdi
    26-10-2026, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    26-10-2026, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    26-10-2026, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    26-10-2026, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    26-10-2026, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    26-10-2026, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    26-10-2026, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.