QİÇS-lə mübarizə günü ilə əlaqədar qırmızı işıqlandırılan Qız qalası
Hər il dekabrın 1-də dünyada Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Günü qeyd edilir. 1988-ci ildən bəri qeyd edilən bu günün əsas məqsədi dünya ölkələrini bu qlobal problemin qarşısını almaq üçün birgə mübarizəyə və həmrəyliyə çağırmaqdır. Azərbaycanda da bu problem daimi nəzarət altında saxlanılır. Ölkəmizdə Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən İİV (insan immunçatışmazlığı virusu) epidemiyasına qarşı tədbirlərin təşkili və icrası təmin edilir. Mərkəz həm sərbəst şəkildə fəaliyyət göstərir, həm də metodiki rəhbərlik edərək, xəstəliyin yayılma dərəcəsinə uyğun tədbirlərin tənzimlənməsi və icrası üzərində ciddi nəzarət aparır. Bu günün qeyd olunması həm xəstəlikdən əziyyət çəkənlərə dəstək olmaq, həm də ictimaiyyəti məlumatlandırmaq baxımından böyük əhəmiyyət daşıyır. PhotoStock.az tərəfindən QİÇS-lə Mübarizə Günü ilə əlaqədar lentə alınan fotoları təqdim edirik:





























