Azərbaycanda qəribə HADİSƏ: 35 yaşlı kişi elektrik dirəyinə çıxdı, iki rayon İŞIQSIZ qaldı
Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub. Mediaxeberleri.Az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb. Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar. 35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















