Azərbaycanda universitetlərin birində əməkhaqları ARTIRILDI
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının qərarına əsasən, universitetin professor-müəllim heyətinin və digər əməkdaşlarının əməkhaqları artırılıb. Bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb. Qərara görə, dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15-20%, tyutorların əmək haqqı 33%, laborantların əmək haqqı isə 20% artırılıb. Bu artımlardan sonra professor-müəllim heyətinin əməkhaqları belə müəyyən edilib: Professor: 2 150 AZN; Dosent: 1 700 AZN; Baş müəllim: 1 500 AZN; Müəllim: 1 350 AZN.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















