Bakıda səhər baş verən ağır qəzanın - Anbaan videosu
Bu gün səhər saatlarında Aeroport şosesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. “Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Bu cür qəzaların olmaması üçün sürücülər sadəcə həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar. 1. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər; 2. Yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər. Bu hadisə bir daha onu göstərdi ki, yollar edilən səhvləri bağışlamır”, - məlumatda qeyd olunub.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















