Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
  • Coşqun Əliyev Avropa çempionu oldu
  • Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
  • NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
  • Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Telefonu “ana qurban” deyərək açır

  • Tarix: 25-01-2025, 17:34

Sevgi bəzən ən gözlənilməz anlarda, məkanlarda başlayır və möhtəşəm hekayələrə çevrilir. Bəzən isə eşq gözümüzün önündə, ən yaxınımızda olur. Filmlərdə qonşu qızı ilə tanış olmaq və ailə qurmaq səhnələrini yəqin ki, çoxumuz izləmişik. Lakin filmlər də real həyatdan götürülməyibmi? Demək ki, real həyatda da belə təsadüflər və xoşbəxtliklər olur. Elə bizim hekayənin qəhrəmanları kimi. Budəfəki “Ailə” rubrikamızın qəhrəmanları Rəfiqə və Vlad Mirondur. Onlar da filmlərdə olduğu kimi tanış olublar. Hazırda həyat filmlərini bərabər çəkməyə davam edirlər.



“Tanış olmamışdan əvvəl də onu bəyənmişdim”

Rəfiqə cütlüyümüzün filmlərə ssenari mövzusu ola biləcək tanışlıq hekayəsindən belə bəhs etdi: “Biz Vladla Türkiyədə İstanbulda tanış olmuşuq. Vlad İstanbulda qonşum olub. Təhsilimi tamamladıqdan sonra İstanbulda həm yaşayıb, həm də işləyirdim. Tanışlığımızdan öncə onu bir neçə dəfə məhəlləmizdə görmüşdüm. Açığı, kənardan görünüşü xoşuma gəlmişdi. Bir gün Vladı marketdə gördüm. Satıcı qızdan bir məhsulu ingiliscə soruşurdu. Lakin türk satıcı onu anlamırdı. Bu zaman ona kömək etdim. Tanışlığımız bu şəkildə baş tutdu. Ona dedim ki, nə zaman köməyə ehtiyacınız olsa, əlimdən gələni etməyə hazıram. Vlad məni kofe içməyə dəvət etdi. İlk görüşümüz məhəlləmizdəki kafedə olmuşdu”.



“İlk görüşdə ailə sahibi olmaq istədiyini bildirdi”

Rəfiqə deyir ki, Vladla tanış olarkən ağlında münasibət və ya evlilik fikri olmayıb: “İlk görüşümüzdən Vladdan xoşum gəldi. Söhbət əsnasında gələcəklə bağlı sual verdim. Cavabında evlənmək, ailə sahibi olmaq istədiyini bildirdi. Bu, məni daha da cəzb etmişdi. Adətən oğlanlar evlilik mövzusundan qorxurlar. Vladın bu şəkildə ailəcanlı olması mənə qəribə gəldi. İlk görüşümüzdən sonra onun da məndən xoşu gəldiyini hiss etdim. Mən o zaman şəxsi həyatıma zaman ayırmırdım. Magistratura təhsili alırdım, işləyirdim. Münasibət qurmaq ağlımın ucundan da keçmirdi. Vlad məni növbəti görüşlərə çağırdı. Lakin bir az ehtiyat edirdim. Çünki əcnəbi idi, tanımırdım. Ailələrimiz arasında münasibətin necə olacağını bilmirdim. Amma ikinci görüşə də getdim. Elə oldu ki, söhbətimiz tutdu”.



“Nə rumın, nə də türk qızlarına bənzəyirdi”

Vlad isə həyat yoldaşını ilk gördüyü günü belə xatırlayır: “Rəfiqəni ilk gördüyümdə onun çox fərqli olduğunu hiss etdim. Nə rumın, nə də türk qızlarına bənzəyirdi. Əcnəbi olduğu hər halından bilinirdi. Həmçinin mənim orada tanıdığım kimsə yox idi, amma o, mənə kömək etdi. Tanımadığı birinə kömək etməyə çalışması mənə təsir etmişdi. Düşünürəm ki, kimyamız da bir-birinə uyğun idi”.

“Tanışlıq dövrümüz cəmi iki həftə çəkdi”

Sevgi haqqında düşünməyən Rəfiqəni münasibətə razı salan Vlad, iki həftə ərzində ona evlilik təklifi edib: “Vlad gəmidə ikinci kapitan olaraq çalışır. Bizim tanışlığımız onun evdə olduğu dövrə düşüb. Gəmiyə gedəcəkdi və iki ay orada qalacaqdı. O səbəbdən bizim tanışlıq dövrümüz cəmi iki həftə çəkdi. İki həftənin sonunda mənə evlilik təklif etdi. Heç gözləmədiyim şəkildə mənə dedi ki, “ailəm sənin ailənlə tanış olmaq istəyir, onlara xəbər et”. Mən ailəmə vəziyyəti başa saldım. Mart ayının sonları tanış olduq, iyulda nişanlandıq, sentyabrda ailə qurduq”.



Rəfiqənin sözlərinə görə, ilk başda iki həftə ərzində evlilik qərarı almaq ona təhlükəli görünsə də, Vlad bu şübhələri də yox etməyi bacarıb: “İki həftəlik münasibətimizdə aşiq olmuşduq. Amma doğrumu, yoxsa səhvmi etdiyimizi bilmirdik. Düzdür, mən ilk görüşdən Vladın düzgün insan olduğunu hiss etmişdim. Utancaq, ailəcanlı biri idi. Bundan cəsarətlənib mənim də ailə qurmaq istəyim olduğunu bildirdim. Bəlkə də bu, onun qərar verməsinə kömək edib. Əcnəbi olsa da, mən ondan özümə qarşı hər hansı artıq hərəkət görmədim. O zaman anladım ki, mənə qəlbən aşiq olub”.

“Çoxları deyirdi ki, türk qızla evlən”

Vladın isə bu qərarı verməsinə səbəb gələcək həyat yoldaşının ailəsinə hiss etdiyi doğmalıq olub: “İki həftə ərzində ünsiyyətimizdən “o mənim xanımım olmalıdır” deyə hiss etdim. Təbii ki, hər ikimiz risk aldıq. Amma Rəfiqə ailəsindən danışdıqca, mən onlara qarşı doğmalıq hiss edirdim. Danışdıqlarından da görürdüm ki, çox yaxşı insanlardır. Mənim ailəm kimi idilər. Beləliklə, qərarımdan tam əmin oldum. Fikrimcə, insanlar münasibət qurduqda qarşı tərəfin ailəsinə baxmalıdır. Ailə bağları möhkəm olmalıdır.



İlk başda bir az ehtiyat edirdim. Çünki bilmirdim ailəsi xarici oğlana necə münasibət göstərər. Həm də istəməzdim ki, mənə görə ailəsi ilə arası dəysin, münasibətləri korlansın. Amma Rəfiqə hər dəfə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Mən Rumıniyanın Kostanca vilayətindənəm. Burada müsəlmanlar, tatar ailələr çoxdur. Onlar rumıniyalılarla evlənmir. Mənə də çox adam deyirdi ki, türk qızla evlən”.

“Rumıniyada belə qızlar çox azdır”

Vlad deyir ki, onun üçün ailə və dəyərlər çox önəmlidir. Elə bu səbəbdən də azərbaycanlı xanımla ailə qurub: “Azərbaycanlı xanımlar ailəcanlı olurlar. Mən də bu tip münasibət istəyirdim. Ailə mədəniyyətinə çox önəm verirəm. Düşünürəm ki, azərbaycanlı qadınlar bu məsələlərdə orta həddi tuta biliblər. Onlarda hələ də ailəyə hörmət etmək, qayınana, qayınataya qulluq etmək, övlada baxmaq kimi xüsusiyyətlər var. Bu, mənim üçün önəmli idi. Ailəmdə də belə görmüşəm. Rumıniyada da belə qızlar var, amma çox azdır”.



“Qayınanam hər zaman müsəlman gəlini olmasını arzulayıb”

Rəfiqəni anasına bənzədən Vlad, elə tanış olduqları gün anasına ondan danışıbmış. Rəfiqə münasibətlərinin ən böyük dəstəkçisi olan qayınanası ilə tanışlıqlarından da söz açdı: “Vlad gəmidə olarkən mən anası ilə Türkiyədə tanış oldum. Tərcümə ilə danışsaq da, anası ilk andan məni çox sevdi. Onda anamın istiliyini hiss etdim. Vlad mənimlə tanış olan gün anasına məndən danışıbmış. Deyib ki, azərbaycanlı bir qızla tanış olmuşam. Münasibətimizin dəstəkçilərindən biri də qayınanam olub. Vlad tərəddüd edərkən anası onun qərarını dəqiqləşdirməsində rol oynayıb. Qayınanam hər zaman müsəlman gəlini olmasını arzulayıb”.



“Ailələrimiz bir-birinə çox bənzəyir”

Cütlüyümüz bir-birinin anası ilə əvvəlcədən tanış olsa da, qudalar bir-birini nişan günü tanıyıb: “Düşünürdüm ki, Vladın ailəsi xristian olduğu üçün bəlkə mədəniyyətlərimiz bir-birinə çox uzaq gələr. Lakin tanış olduqda gördüm ki, əksinə, ailələrimiz bir-birinə çox bənzəyir. Vladın da anası olduqca ailəcanlıdır. Ailələrimiz nişanda tanış oldular. Dili bilməsələr də, elə ilk dəfədən çox gözəl münasibət yaratdılar”.

“Ən sevdiyim adətiniz xına mərasimidir”

Nişandan söz düşmüşkən, Vlad bəyəndiyi adətlərimizdən də danışdı: “Ən sevdiyim adətiniz xına mərasimidir. Çünki hər kəs Rəfiqənin ətrafında fırlanırdı. Mənə nişanda üzük lentinin kəsilməsi də qeyri-adi gəlmişdi. Toyda rəqsləriniz maraqlı idi. Rəqs etməyi sevməsəm də, məni oynadırdılar. Ən gülməlisi isə hər kəs mənimlə Azərbaycan dilində danışırdı. Amma təbii ki, mən anlamırdım”.



“Şirin çay gətirməyim onlara maraqlı gəlmişdi”

Rəfiqənin sözlərinə görə, adətlərimiz rumıniyalılara yad olsa da, evlilik prosesində bütün adətlərə əməl olunmuşdu: “Hətta nişandan öncə istəmə mərasimi də etmişdik. Şirinçay gətirməyim onlara maraqlı gəlmişdi. Bol yemək olması onlar üçün qeyri-adi idi. Çox bəyənmişdilər. Ən çox da ləvəngimizi. Hətta indi də mənə deyirlər ki, Yeni ildə mütləq ləvəngi bişir. Toyumuza Rumıniyadan qohumları gəlmişdi. Onlar rəqslərimizi bilməsələr də, musiqilərimizi anlamasalar da, hamısı mahnılarımıza oynayırdı. Mən tanışlıq olmamışdan öncə adətlərimizi onlara göstərmişdim. Hər birini izah edirdim, ardıcıllığını başa salırdım. Həmin an yadlarından çıxanda da kömək edirdim”.



“Astaranın kəndləri çox möhtəşəmdir”

Vlad Azərbaycan haqqında belə bəhs etdi: “Azərbaycan haqqında eşitmişdim. Amma əvvəl burada olmamışdım. Heç bir azərbaycanlı tanışım da olmamışdı. Anam da Azərbaycanı yemək videolarından tanıyırdı. Hətta anamla birlikdə izləyirdik. Bakı çox gözəldir, təmizdir. İstanbul kimi sıxlıq deyil. Daha sakitdir. Astaranın kəndləri də çox möhtəşəmdir, dağ, meşə valehedicidir. Lənkəranda Xanbulanda və bir neçə digər kəndlərdə olmuşuq. Qobustan da çox gözəldir. Yanardağı da bəyəndim. Qız qalası və İçərişəhərin də gözəlliyinə heyran qaldım”.

Vlad ölkəmizi bəyənməklə yanaşı, yeməklərimizə də aşiq olub: “Yeməklərinizdən kabab, ləvəngi, balıq, bozbaş, paxlava, qutab, düşbərə dadmışam. Paxlavanız çox ləzzətlidir. Aşqara və yarpaq dolması ən sevdiyim təamlardır”.

“Telefonu “ana qurban” deyərək açır”

Rəfiqə bildirdi ki, Vladın ailəsi də bayramlarımıza çox böyük maraq göstərir: “Ailələrimiz tanış olduqdan sonra bir-birimizə bayramlarımızdan bəhs etdik. Novruzu İstanbulda qeyd etmişdik. Bu il isə Novruz bayramını onun ailəsi ilə birlikdə Azərbaycanda qeyd etmək istəyirik. Oddan tullanmaq, papaq atmaq, səməni cücərtmək, - bunların hər biri ilə yerindəcə tanış olmaq istəyirlər”.

Rumıniyalı kürəkən ölkəmizi o qədər sevib ki, hətta artıq sözlərimizi də istifadə edir: “Vlad artıq türk dilini öyrənib deyə, Azərbaycan dilini də az da olsa, anlayır. Mənim ailəmlə danışanda nə dediklərini başa düşür. Hətta anam zəng edəndə telefonu “ana qurban” deyərək açır. Türkcə danışsa da, bəzən Azərbaycan sözlərindən də istifadə edir. “Pullu”, “şirin”, “gözəl” kimi sözlərimizi işlədir”.



“Vladın ailəsi əvvəldən donuz əti yemir”

Türkiyədən sonra Rumıniyada yaşayan Rəfiqə oradakı həyat şəraitindən də söz açdı: “Vladın işi ilə bağlı Azərbaycanda yaşaya bilmərik deyə seçimimiz Rumıniya oldu. Kostanca şəhəri mənə Azərbaycanı, Bakını, Astaranı xatırladır. Şəhər çox sakitdir. Burada özümü olduqca təhlükəsiz hiss edirəm. Dili bilməsəm də, buradakı həyat mənim üçün çox maraqlıdır. Tatar və türklərin olması da məni doğma hiss etdirir. Burada salon xərcləri, restoranlarda qiymətlər bir az bahadır. Amma geyim Azərbaycandan, Türkiyədən ucuzdur. Rumıniyada mənə qəribə gələn bazar günləri evdə heç bir iş görməmələridir. “Müqəddəs Nikolay” deyə bir bayramları var. Hansı ki, həmin gün adı Nikolay olan hər kəsə hədiyyələr verilir. Digər müqəddəs şəxslərin də adına bu bayramlar qeyd olunur. Əsasən də uşaqlar daha çox sevinir. Bu bayramlar mənim üçün fərqli və maraqlı idi. Vladın ailəsi əvvəldən donuz əti yemir. Bunu da öyrənəndə mənə qeyri-adi gəlmişdi”.

“Burada bütün qadınlar maşın sürür”

Fərqli ölkədə olsa da, orada onu ailəsinin yanında kimi hiss etdirən məhz Vladın ailəsidir: “Qayınanam mənə çox dəstək olur. Hər zaman mənim tərəfimi tuturlar. Vlad tək övlad olduğu üçün məni qızları kimi görürlər. Anam və atam qədər sevgi dolu yanaşırlar. Vlad mənim xətrimə dəydikdə onunla danışırlar, məni haqlı çıxarırlar”.

Mübahisəyə səbəb olan xasiyyət bəzən də ən sevilən olur. Cütlüyümüzdə də belə imiş: “Vlad Avropa kişilərindən çox fərqlənir. Məsələn, qısa və açıq geyimdən xoşu gəlmir. Amma bəzən bu qədər keçmiş düşüncəli olmasını bəyənmirəm. Elə bilirəm ki, Vlad da azərbaycanlıdır. Çünki bəzən çox mühafizəkar ola bilir. Vlad da deyir ki, qadın axşam çölə çıxmaz, zamanında evə qayıdar. Arada olur ki, bunlara görə mübahisə edə bilirik. Amma çox hallarda bu xasiyyəti xoşuma gəlir. Məni hər yerdə müdafiə etməsi çox gözəldir”.
Vladın bizə oxşayan tək xasiyyəti mühafizəkarlığı deyil. O da yoldaşına maşın sürməyi öyrədərkən səbirsiz davranır: “Mənim Rəfiqə ilə daha çox mübahisəm maşın sürmək üstündə olur. Burada bütün qadınlar maşın sürür. İstəyirəm o da öyrənsin. Bir az ehtiyat edir, çəkinir deyə bəzən buna görə mübahisə edirik. Rəfiqə mənə deyir ki, bu xüsusiyyətlərinə görə azərbaycanlılara çox bənzəyirsən”. ("Kaspi" qəzeti)


Oxunub: 3 159
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Dünən, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Dünən, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Dünən, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Dünən, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Dünən, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Dünən, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Dünən, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Dünən, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Dünən, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Dünən, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Dünən, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Dünən, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Dünən, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Dünən, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Dünən, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Dünən, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Dünən, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Dünən, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Dünən, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Dünən, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Dünən, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Dünən, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Dünən, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Dünən, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Dünən, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Dünən, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Dünən, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Dünən, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Dünən, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Dünən, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Dünən, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Dünən, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Dünən, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Dünən, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.