"Neftçi"dən qələbə, "Kəpəz" - "Turan Tovuz" matçında heç-heçə
Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb. Əvvəlcə "Kəpəz" əzəli rəqiblərindən olan "Turan Tovuz"la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarında "Turan Tovuz" qalib gəlib - 3:0, 2:0. Turun və günün son matçında "Qəbələ" öz meydanında "Neftçi"ni qəbul edib. Qarşılaşma"ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi" ilk dövrədə 2:0, 2-ci dövrədə isə 1:0 hesabı ilə "Qəbələ"yə qalib gəlib. 15 mart (bazar) Misli Premyer Liqası, 24-cü tur 18:00. “Qəbələ” – “Neftçi” - 1:3 Qol: Seydina Keyta, 19-pen. (1:0), Bassala Sambu, 22 (1:1), Emin Mahmudov, 69-pen. (1:2), Murad Məmmədov, 77 (1:3) 15:00.“Kəpəz” – “Turan Tovuz” - 1:1 Qollar: Rəhman Hacıyev, 55 (1:0), Joarlem Santos, 61 (1:1) 13 mart (cümə) “Sumqayıt” - “Şamaxı” - 0:1 “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1 14 mart (şənbə) “Zirə” - “Qarabağ” - 1:3 “İmişli” - “Sabah” - 0:5 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 14 qol Bassalu Sambu ("Neftçi") - 10 qol Velko Şimiç (“Sabah”) - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Qəbələ şəhər stadionu
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Yevlax şəhər stadionu





















