Diabet və Alzheimer arasında təhlükəli əlaqə: Yeni araşdırma riskin artdığını göstərir
Aparılan yeni elmi araşdırma yeməkdən sonra qan şəkərinin yüksəlməsinin Alzheimer xəstəliyi riskini artırdığını ortaya qoyub. Mediaxeberleri.Az bildirir ki, tədqiqat Böyük Britaniyada təxminən 360 min nəfərin genetik məlumatları əsasında aparılıb. Mütəxəssislər nəticələrin hələ yekun hesab olunmadığını və əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar. Bununla belə, qan şəkərinə nəzarətin yalnız diabetin idarə olunması üçün deyil, həm də uzunmüddətli beyin sağlamlığı baxımından vacib olduğu bildirilir.
Araşdırma nəticələrinə görə, yeməkdən iki saat sonra qan şəkəri yüksək olan şəxslərdə Alzheimer riski təxminən 69 faiz daha çox olub.
Alimlər qeyd edirlər ki, maraqlı məqam risk artımının yalnız Alzheimer tipi demansla əlaqəli olmasıdır. Araşdırmada beyin həcmi və strukturunda ciddi dəyişiklik aşkar edilməsə də, yüksək qan şəkərinin hüceyrə və metabolik səviyyədə beyin sağlamlığına mənfi təsir göstərə biləcəyi vurğulanır.





















