Elmin Əliyev Avropa çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi olub. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, o, finalda gürcü rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib. Bununla da turnirdə Azərbaycanın Avropa çempionlarının sayı 3-ə çatıb. Daha əvvəl Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıblar. Qeyd edək ki, Avropa çempionatında Azərbaycan 6 bürünc medal qazanıb.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:































