Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ

Son xəbərlər :
  • Bu rayonlara qar yağıb - Hava məlumatı
  • Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
  • Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
  • İlham Əliyev fərman imzaladı
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
  • Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
  • Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
  • Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
  • Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
  • Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxdan yüksələn maarifçilik missiyası zəkanın və vəfanın təsdiqidir

  • Tarix: 24-02-2026, 21:00

Bu günlərdə "Qazax" Xeyriyyə İctimai Birliyinin səhifəsində diqqətimi cəlb edən, məni son dərəcə düşündürən və duyğulandıran geniş bir xəbər oxudum. Xəbərin girişində bildirilirdi ki, “ADA Universitetinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant mərhum Şəmistan Nəzirlinin Qoridən gələn Qatar” kitabının təqdimatı keçirilib. Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Şəhid ailələri, ADA Universitetinin əməkdaşları, ziyalılar, elm adamları, millət vəkilləri, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Şəmistan Nəzirlinin ailə üzvləri, media nümayəndələri iştirak edirdilər”. Bu geniş xəbər mənə həm də bir neçə tarixi dəyərləri xatırlatdı. Təbbi ki, həmin məqamları qələmə almağı özümə borc bildim.

İlk olaraq deyim ki, bəzən tarix bir kitabdan başlanmır, bir düşüncədən başlayır. Bəzən bir tədbir sadəcə səbəb olur amma əsas hadisə isə insan iradəsinin, zəkasının və milli məsuliyyət hissinin bir araya gəlməsidir. Elə “Qoridən gələn qatar”ın təqdimatı da belə bir məqam idi. Amma mənim yazımda adları keçən, fəaliyyətləri qismən görünən professor Hafiz Paşayev və professor İlham Pirməmmədov deyərdim kitabdan daha böyük bir missiyanın daşıyıcılarıdır. Bu iki ad bu gün Qazaxda dirçələn elm ocağının, milli maarifçilik ruhunun və gələcəyə yönəlmiş strateji düşüncənin simvoluna çevrilib.

Hafiz Paşayevin həyat yolu Azərbaycan ziyalısının klassik taleyini xatırladır. Elm, dövlətçilik və milli məsuliyyətin vəhdətini tamamlayır. Fizika elmləri doktoru, uzun illər Azərbaycanı ABŞ-da ləyaqətlə təmsil etmiş diplomat, yüzlərlə elmi və ictimai-siyasi məqalənin müəllifi olan bu insan üçün təhsil sadəcə peşə deyil, strateji dəyərdir. O, yaxşı bilir ki, millətin taleyi auditoriyalarda, laboratoriyalarda, kitabxanalarda formalaşır. Bu da təsadüfi deyil. Hafiz müəllim böyük ədib, böyük pedaqoq və maarifçi Mir Cəlal ocağında böyüyüb. Gözünü açıb səs eşidəndən evdə təhsil, ədəbiyyat, maarifçilik haqqında fikirlər gəlib qulaqlarına. Böyüdükcə ailədə bir insanlıq məktəbi ilə də qarşılaşıb və belə bir məktəbdə yetişib Hafiz müəllim. Beləcə də özü ilə bərabər böyük maarifçilik fəlsəfəsi də onunla bərabər böyüyüb. Çox uğurlu işlərdə imzası var Hafiz müəllimin. Elə ADA Universitetinin yaradılması və inkişafı da onun uzaqgörən baxışının nəticəsidir. Lakin Qazax Müəllimlər Seminariyasının bərpası daha böyük addım olmaqla, tarixi dəyər kimi artıq fərqli bir mərhələ demək oldu. Bu,əslində tarixlə dialoq idi. Hafiz müəllim təkcə bir binanı bərpa etmədi. O, milli yaddaşa hörmət nümunəsi yaratdı. O, daş divarlara yalnız təmir deyil, məna, dəyər qaytardı. Onun tez-tez vurğuladığı fikir bu gün Qazaxda real məna qazanıb: “Nə iş görürsünüz, çalışın nümunə olsun.”


Qazax Xeyriyyə İctimai Birliyinə gəldikdə isə deməliyəm ki, bu birlik ölkənin ən ağır illərində, erməni işğalının şiddətli, sərhəd bölgələrində yaşayan əhalinin əli yalın, ordu deyilən qurumun olmadığı vaxtlarında yaradılıb və təkcə ictimai qurum deyil, Qazax mahalının mənəvi dayaqlarından biri kimi ad qazanıb, böyük missiyalar yerinə yetirib. Bu birlik illərdir dövlətçilik ənənələrini yaşadan, maarifçilik ideyalarını dəstəkləyən, bölgənin tanınmış ziyalılarının irsini qoruyan, şəhid və qazi ailələrinə diqqət göstərən bir missiyanı daşıyır. Birliyin sədri professor İlham Pirməmmədov bu quruma sadəcə rəhbərlik etmir, onu mənəvi xətt üzərində formalaşdırır. Onun təşəbbüsü ilə görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur, tarixi irsə dair nəşrlər işıq üzü görür, milli yaddaşın qorunmasına xidmət edən layihələr həyata keçirilir. Şəhid ailələri ilə görüşlər, qazilərə mənəvi və ictimai dəstək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönələn təşəbbüslər birliyin fəaliyyətində xüsusi yer tutur. Bu fəaliyyətin arxasında bir prinsip dayanır: Dövlətçilik yalnız siyasi anlayış deyil, mənəvi məsuliyyətdir.

Çox səmimi deyim ki, İlham Pirməmmədov üçün Qazax yalnız onun doğulduğu torpaq deyil. Qazax maarifçilik ənənəsinin beşiyidir. Qazax Müəllimlər Seminariyasının 100 illiyinin keçirilməsi təşəbbüsü, tarixi binanın taleyinə biganə qalmamamaq, dövlət səviyyəsində qərarların qəbuluna nail olmaq əslində prinsipial mövqeyin nəticəsidir. O, yaxşı bilirdi ki, keçmişə sahib çıxmayan xalq gələcəyini qura bilməz. Bütün bunlar isə iki zəkanın vəhdəti və Qazaxda doğulan yeni mərhələ kimi tarixə çevrildi. Bu da bir həqiqətdir ki, tarix böyük işləri təkbaşına yazmır. Tarix iradələrin vəhdətini sevir. Beləcə də hesab edirəm Hafiz Paşayevin strateji baxışı ilə İlham Pirməmmədovun maarifçi və dövlətçi mövqeyi birləşdi və Qazaxda yeni bir mərhələ başladı. ADA Qazax Mərkəzi isə bu vəhdətin real nəticəsi oldu. Bu mərkəz sadəcə magistr proqramlarının keçirildiyi bina deyil. O, regionla paytaxt arasında intellektual körpüdür. O, keçmişlə gələcək arasında mənəvi bağdır. O, milli təhsil modelinin yeni mərhələsidir. Burada yetişən hər bir gənc təkcə diplom almır, onlar maarifçilik ənənəsinin davamçısına çevrilirlər.

Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələdə təhsil, milli kimlik və dövlətçilik anlayışı bir-birindən ayrılmazdır. Hafiz Paşayev və İlham Pirməmmədovun birgə fəaliyyəti göstərir ki, işıq yalnız paytaxtdan yayılmamalıdır. O işıq bölgələrdə də doğulmalı, kök salmalı və böyüməlidir. Onların bu nəcib əməkdaşlığı bir mesajdır. Tarixə hörmət gələcəyə investisiyadır. Maarifçilik nostalji deyil, strateji seçimdir. Dövlətçilik isə məsuliyyət və vəfa tələb edir. Bunlar çox gözəldir, çox dəyərlidir. Dəyərli olan və qürur yaradan bir də odur ki, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Qazax Müəllimlər Seminariyasının tarixi-mədəni irsinin bərpası, köklü maarifçilik ənənələrinin dirçəldilməsi, milli təhsil dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi ardıcıl, məqsədyönlü və səmərəli fəaliyyətinə, habelə yüksək ictimai əhəmiyyətə malik xidmətlərinə görə "Xalq şairi Səməd Vurğun adına Fəxri Diplom"la təltif olunub. Burda da tarixi bir sevgi, ilahi bir hörmət və keçmişə bir sədaqət var. Sanki Mir Cəlal Paşayev və Səməd Vurğun dostluğu, birgə ədəbi fəaliyyət illəri bu təltiflə yenidən yaşandı, bu günkü birgə əməkdaşlığın zirvə nöqtəsi oldu.


Son olaraq onu da deyim ki, Qazax Müəllimlər Seminariyasının yenidən qurulması Azərbaycanın maarifçilik ənənələrinin yaşadılması istiqamətində atılan tarixi bir addımdır. 1910-cu ildə tikilən və Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyət göstərən bu məkan, xeyriyyəçi Məşədi İbrahimin hədiyyə etdiyi binada bərpa olunaraq milli-mədəni irsimizi gələcək nəsillərə çatdırır. Kompleksin restavrasiyası, o cümlədən ətrafdakı İsrafil ağa hamamı kimi tarixi abidələrin muzey və mədəniyyət mərkəzinə çevrilməsi ziyalılarımızın ocağına verilən dəyərin təcəssümüdür. Bu layihə sadəcə memarlıq bərpası deyil, həm də milli kimliyin və təhsil tarixinin qorunmasıdır. Aparılan yenidənqurma işləri, keçmişin işığını gələcəyə daşıyaraq Qazağı yenidən regionun mühüm intellektual mərkəzlərindən birinə çevirəcəkdir. Bu gün Qazaxda yanan işıq zəkanın, vəfanın və milli sevginin nəticəsidir. Və bu işıq sönmür, sönməyəcək də. Çünki bu işıq bir binada deyil, bir millətin yolunda yanır.

Qalib Rəhimli.


Oxunub: 2 865
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Bu gün, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Bu gün, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Bu gün, 11:05 | İlham Əliyev fərman imzaladı
    Bu gün, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Bu gün, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    Dünən, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    Dünən, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    Dünən, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    Dünən, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    Dünən, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    Dünən, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    Dünən, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    Dünən, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Dünən, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Dünən, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Dünən, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Dünən, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Dünən, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Dünən, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Dünən, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Dünən, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Dünən, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Dünən, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Dünən, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Dünən, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Dünən, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Dünən, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Dünən, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Dünən, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Dünən, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Dünən, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Dünən, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Dünən, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Dünən, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Dünən, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Dünən, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Dünən, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Dünən, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Dünən, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Dünən, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Dünən, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Dünən, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Dünən, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Dünən, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    8-10-2026, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    8-10-2026, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    8-10-2026, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    8-10-2026, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.