DTX tərəfindən saxlanılan sabiq icra başçısı ilə bağlı QƏRAR
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb. İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















