Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında 16 medal qazanıblar
Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında 16 medal qazanıblar. Mediaxeberleri.Az "Report"a istinadən bildirir ki, medallardan 3-ü qızıl, 7-si gümüş, 6-sı isə bürünc olub. "Sərbəstlər" yarışı 8, yunan-Roma güləşçiləri 5, qadınlar isə turniri 3 medalla başa vurublar. Ali Tsokayev (92 kq), Günay Qurbanova (59 kq) və Elmin Əliyev (82 kq) Avropa çempionu olublar. Gültəkin Şirinova, Fərid Sadıxlı (hər ikisi 55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79) və Yusif Dursunov (125 kq) gümüş medala sahib çıxıblar. İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Fərid Xəlilov (67), Ramik Heybətov (70 kq), Fərahim Mustafayev (72 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə ediblər. Qeyd edək ki, Avropa çempionatı 9-15 mart aralığında keçirilib.





















