"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Qəbələ"yə qarşı
Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Kəpəz" əzəli rəqiblərindən olan "Turan Tovuz"la qarşılaşacaq. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Komandaların ilk iki dövrədəki oyunlarında "Turan Tovuz" qalib gəlib - 3:0, 2:0. Turun və günün son matçında "Qəbələ" öz meydanında "Neftçi"ni qəbul edəcək. Oyun saat 18:00-da başlayacaq. "Neftçi" ilk dövrədə 2:0, 2-ci dövrədə isə 1:0 hesabı ilə "Qəbələ"yə qalib gəlib. 15 mart (bazar) 15:00.“Kəpəz” – “Turan Tovuz” 18:00. “Qəbələ” – “Neftçi” 13 mart (cümə) “Sumqayıt” - “Şamaxı” - 0:1 “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1 14 mart (şənbə) “Zirə” - “Qarabağ” - 1:3 “İmişli” - “Sabah” - 0:5 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 14 qol Bassalu Sambu ("Neftçi") - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Yevlax şəhər stadionu
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Qəbələ şəhər stadionu





















