Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusu təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Hüseynov Ramil Arif oğlu – mayor “Hərbi xidmətlərə görə” medalı ilə Mövlayev Samir Yaqub oğlu – mayor Abbasov Elsevər Məhəmməd oğlu – kapitan Eldarov Zaur Səvzixan oğlu – kapitan Hüseynov Elçin Allahverdi oğlu – kapitan Fərzəliyev İlkin Mirzə oğlu – leytenant Vahabzadə Şahin İdayət oğlu – leytenant Adamov Xəyal Fikrət oğlu – baş çavuş Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.





















