Ukrayna Rusiyanın iki gəmisini də vurdu - Foto
Martın 14-nə keçən gecə Ukraynanın Müdafiə Qüvvələri Rusiyaya məxsus iki hərbi vasitəni — “Slavyanin” bərəsini və “Avanqard” gəmisini vurub. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib. “Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Aktiv Əməliyyatlar Departamentinin mütəxəssisləri martın 13-dən 14-nə keçən gecə Rusiyanın iki hərbi gəmisinə uğurlu zərbələr endiriblər. Əməliyyat nəticəsində düşmənin “Slavyanin” dəmir yolu bərəsi sıradan çıxarılıb, “Avanqard” gəmisi isə zədələnib. Bu gəmilər Rusiya tərəfindən Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə olunurdu”, – deyə kəşfiyyatın açıqlamasında bildirilib. Vurğulanıb ki, bu gəmilər Kerç bərə keçidinin əsas elementləri olub və düşmənin dəniz hərbi logistikasında mühüm rol oynayıb. Xüsusilə, silahların, hərbi texnikanın və sursatın daşınması üçün istifadə edilirdi. Qeyd edək ki, Ukrayna Kubanın Temryuk rayonundakı “Qafqaz” limanına da dron hücumu həyata keçirib.Axar.az 





















