Şamil Ayrım əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun övladları ilə görüşdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Şamil Ayrım Əfsanəvi Kəşfiyyatçı Mühüd Orucovun övladları ilə görüşdü. Mediaxeberleri.Az xəbər verir ki, bu gün Türk qardaşlarımız tərəfindən düzənlənən İftar süfrəsinə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov və Əfsanəvi Kəşfiyyatçı, Kəşfiyyatın Mixaylosu, kapitan rütbəsində Xüsusi Təyinatlı Qüvvələrinin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksələn ilk və yeganə zabiti Mühüd Orucovun övladları da dəvət almışdılar. Görüş zamanı İstanbul Millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Şamil Ayrım Mühüd Orucovun övladları ilə böyük sevgi və ehtiramla görüşüb, səmimi söhbət edib. Təşkilatçılara, dəyərli qardaşlarımıza, Mühüdsevərlərə, Vətənpərvər insanlara öz dərin təşəkkürümüzü bildiririk. Uca Allah Oruc-dualarınızı qəbul etsin.





















