Mediaxeberleri.az
    
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • 
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • 
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • 
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • 
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • Qazaxda müşavirə keçirilib
    Qazaxda müşavirə keçirilib
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
  • 
  • Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
    Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi

Son xəbərlər :
  • Azərbaycanda ət ucuzlaşa bilər – nazirlik istəsə, məmurlar imkan versə…
  • Faiq Qarayev – zəhmətdən zirvəyə uzanan uğur yolu: Millimizdən növbəti qələbə...
  • Azərbaycan Premyer Liqası: "Turan Tovuz" - "Şamaxı" matçında qalib müəyyənləşmədi, "Neftçi"dən böyükhesablı qələbə
  • Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
  • İlham Əliyev Tokayevi təbrik etdi
  • İranda böyük qaz yatağı kəşf edildi
  • Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
  • Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
  • Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
  • “Mançester Siti”dən 18 ildən sonra ilk...
  • Deputatdan Bakı-Daşkənd münasibətləri ilə bağlı AÇIQLAMA: "Tarixi əhəmiyyət daşıyır"
  • Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi
  • Misli Premyer Liqası: Bu gün "Turan Tovuz" və "Neftçi" meydana çıxır
  • İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
  • Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO
  • Messi "İnter Mayami"də ardıcıl ikinci oyunda qol vurdu - VİDEO
  • Qazaxda QƏZA: 3 nəfər öldü
  • Rusiya Ukraynada sərnişin qatarını vurdu
  • Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR
  • Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Milli mübarizəyə həsr olunmuş bir ömür - Nəsimi Şərəfxanlı -50

  • Tarix: 23-02-2026, 13:42


Bəzən insan ömrü təkcə yaşanan illərin cəmi olmur, o bir xalqın ağrısını,acısını, mübarizəsini, inamını və qürurunu özündə ehtiva edir. 

Şərəfxanlı Nəsimi Çərkəz oğlu da belə bir ömür yolu keçmiş mücadilə adamıdır. İlk gənclik illərindən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə meydanına atılıb, tələbəlik dövründən başlayaraq milli məfkurəli müxtəlif təşkilatlarda təmsil olunub, mətbuatımızda demokratiya və insan haqlarının davamlı müdafiəçilərindən biri olub və bu gün də həmin yolu şərəflə davam etdirməkdədir.

23 fevral 1976-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açan Nəsimi Şərəfxanlı işğal ağrısını, torpaq nisgilini, yurd həsrətini uzun illər ruhunda daşıyıb. Lakin bu nisgil onun iradəsini sındırmadı, əksinə, daha da möhkəmləndirib, mövqeyini könkretləşdiribi. O, həyatını şəxsi rahatlığa deyil, xalqına, millətinə və dövlətinə xidmətə bağlayıb.


Təhsil illərində formalaşan milli düşüncə, filoloji biliklərlə zənginləşən dünyagörüşü onu təkcə elm adamı kimi deyil, sözün həqiqi mənasında ziyalı, publisist və ictimai xadim kimi yetişdirdi. Bakı Dövlət Universitetində qazandığı biliklər, AMEA-nın Dədə Qorqud adına Folklor İnstitutunda keçdiyi elmi yol onun milli yaddaşa, milli kimliyə olan bağlılığını daha da dərinləşdirdi. O, folkloru yalnız elmi mövzu kimi deyil, xalqın ruhu, tarixinin canlı yaddaşı kimi qəbul edib.


Nəsimi Şərəfxanlı gəncliyindən etibarən milli-azadlıq hərəkatının fəal iştirakçısı oldu. Azərbaycan Xalq Cəbhəsində və Elçibəy dönəmində AXCP sıralarında fəaliyyəti onun əqidəsinin, siyasi mövqeyinin açıq və cəsarətli ifadəsi idi. O dövrdə susmaq asan idi, mövqe göstərmək çətin. Amma o, çətin olanı seçdi - haqqın, ədalətin və milli maraqların tərəfində durdu.


2003-cü ildən Vətəndaş Həmrəyliyi Partiyasına qoşulması ilə onun mübarizə yolu daha sistemli, daha məsuliyyətli bir mərhələyə qədəm qoydu. VHP sıralarında keçdiyi illər sadəcə üzvlük yox, fədakar xidmət illəri oldu. Ali Məclisdə, Siyasi Şurada, mətbuat strukturlarında fəaliyyəti onun təşkilatçılıq qabiliyyətini, prinsipial mövqeyini, sözə və əqidəyə sadiqliyini ortaya qoydu.

Nəsimi Şərəfxanlı üçün Vətən sevgisi heç vaxt sadəcə sözlə ifadə olunan anlayış olmayıb, o, 44 günlük müharibə bu sevginin sınaq anı oldu. O, könüllü olaraq döyüşə getdi, zabit kimi ön cəbhədə xidmət etdi. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik, cəsarət və qətiyyət onun həyat yolunun məntiqi davamı idi. O, qələmi silahla, sözü əməli mövqe ilə tamamladı.


Bu savaşda o, təkcə torpaqların azadlığı uğrunda döyüşmədi, illərlə içində yaşatdığı yurd həsrətinin, milli qürurun haqqını verdi. “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları onun şücaətinin dövlət tərəfindən rəsmi təsdiqi oldu. Amma onun üçün ən böyük mükafat azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı idi.


Bu gün 50 yaşına qədəm qoyan Nəsimi Şərəfxanlı həm də ailə dəyərlərinə sadiq, iki övlad atası olaraq gələcək nəsillərə örnək bir həyat yaşayır. Onun ömür yolu göstərir ki, insan həm ziyalı, həm siyasətçi, həm zabit, həm də ləyaqətli ailə başçısı ola bilər.


Vətəndaş Həmrəyliyi Partiyası olaraq biz əqidə dostumuza mübariz, qələbə ruhlu yolunu uğurla davam etdirməsini arzulayırıq. Onun həyatı bir daha sübut edir ki, Vətən sevgisi sözlə yox, əməli fəaliyyətlə ölçülür. Bu ömür yolu VHP-nin ideallarına, milli dövlətçilik düşüncəsinə sədaqətin parlaq nümunəsidir.


Əziz Nəsimi bəy!

Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, Vətənə, millətə xidmət yolunda uğurlar, bitməyən güc və ilham arzulayırıq. Qoy yolunuz həmişə aydın, mübarizəniz qalibiyyətli olsun!


Hörmətlə,

VHP Siyasi Şurası


Oxunub: 2 722
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:09 | Azərbaycanda ət ucuzlaşa bilər – nazirlik istəsə, məmurlar imkan versə…
    Dünən, 22:58 | Faiq Qarayev – zəhmətdən zirvəyə uzanan uğur yolu: Millimizdən növbəti qələbə...
    Dünən, 22:38 | Azərbaycan Premyer Liqası: "Turan Tovuz" - "Şamaxı" matçında qalib müəyyənləşmədi, "Neftçi"dən böyükhesablı qələbə
    Dünən, 21:11 | Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
    Dünən, 20:58 | İlham Əliyev Tokayevi təbrik etdi
    Dünən, 20:53 | İranda böyük qaz yatağı kəşf edildi
    Dünən, 20:50 | Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
    Dünən, 20:26 | Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
    Dünən, 20:24 | Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
    Dünən, 20:19 | “Mançester Siti”dən 18 ildən sonra ilk...
    Dünən, 17:22 | Deputatdan Bakı-Daşkənd münasibətləri ilə bağlı AÇIQLAMA: "Tarixi əhəmiyyət daşıyır"
    Dünən, 17:18 | Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi
    Dünən, 13:56 | Misli Premyer Liqası: Bu gün "Turan Tovuz" və "Neftçi" meydana çıxır
    Dünən, 13:06 | İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
    Dünən, 11:57 | Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO
    Dünən, 11:38 | Messi "İnter Mayami"də ardıcıl ikinci oyunda qol vurdu - VİDEO
    Dünən, 11:33 | Qazaxda QƏZA: 3 nəfər öldü
    Dünən, 11:31 | Rusiya Ukraynada sərnişin qatarını vurdu
    Dünən, 10:33 | Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR
    Dünən, 10:31 | Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - VİDEO
    Dünən, 10:29 | Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
    Dünən, 09:54 | Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar?
    Dünən, 09:52 | Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
    Dünən, 09:49 | Bu qarpızlar mədə və bağırsağı məhv edir
    22-08-2026, 22:41 | "Şəfa" "Qəbələ"yə, "Zirə" "İmişli"yə qalib gəldi
    22-08-2026, 21:33 | Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR
    22-08-2026, 21:13 | Sevastopola PUA hücumu: yaralılar var
    22-08-2026, 21:09 | Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
    22-08-2026, 21:02 | NATO-nun kəşfiyyat təyyarəsi Rusiya ilə sərhəddə - Hansı məlumatlar gizlədilir?
    22-08-2026, 20:40 | Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
    22-08-2026, 20:38 | Güləşçimiz dünya çempionatının finalına yüksəldi
    22-08-2026, 20:22 | Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI
    22-08-2026, 20:17 | Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama
    22-08-2026, 20:00 | Bakıda futbolçu öldü - Foto
    22-08-2026, 19:22 | Bakıda evdən oğurluq edən şəxslər saxlanıldı
    22-08-2026, 18:27 | Xalq artisti Şükufə Yusupovanı "İçərişəhər" metrostansiyasının yaxınlığında maşın vurub, reanimasiyadadır - YENİLƏNDİ
    22-08-2026, 18:25 | Medinanın oynadığı matçda yeni dünya rekordu
    22-08-2026, 16:22 | Ağstafada "TikTok" üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI
    22-08-2026, 11:50 | Bakıda gecə saatlarında "BAHALI" QƏZA: 7 maşın toqquşdu - VİDEO
    22-08-2026, 11:37 | Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir
    22-08-2026, 11:10 | İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR? – “Dəyişikliklərə ehtiyac var...”
    22-08-2026, 10:03 | Əməkdar jurnalist vəfat etdi - FOTO
    22-08-2026, 10:01 | Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu: xəsarət alanlar var
    22-08-2026, 08:23 | Böyük Avropa savaşı Almaniyada olacaq - Xəbərdarlıq
    22-08-2026, 07:46 | Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
    22-08-2026, 07:38 | Kələm dolması hazırlayanların DİQQƏTİNƏ!
    22-08-2026, 07:36 | "Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi
    21-08-2026, 23:24 | Şəmkir bazarında insident: "Parkovşik" döyüldü
    21-08-2026, 23:23 | Sabah Ermənistana propan və buğda göndəriləcək
    21-08-2026, 22:07 | Bağlanan universitetin tələbələri ilə bağlı hansı işlər görülür? - AÇIQLAMA
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.