Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
  • Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
  • Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
  • “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
  • Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
  • Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
  • Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
  • Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
  • Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
  • Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
  • “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
  • “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
  • Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
  • Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
  • İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
  • ADA Məktəbində “Məhsul bayramı” keçirildi
  • Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
  • Azərbaycanda bu sürücülər də imtahan verəcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

  • Tarix: 16-03-2026, 22:25


Mart ayının 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib. 

"Sazın səsi, sözün nəfəsi" layihəsi çərçivəsində baş tutan gecə Mədəniyyət Nazirliyi, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, eləcə də "Qazax" Xeyriyyə İctimai Birliyinin maddi-mənəvi dəstəyi ilə ərsəyə gəlib. Tədbirdə ziyalılar, şairin ailə üzvləri, doğmaları, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri iştirak edirdilər.

Tədbirin girişində şairin həyat yolunu əks etdirən nadir video görüntülər nümayiş olunub, onun öz səsi ilə ifa etdiyi ölməz şeirləri dinlənildi.

Daha sonra Səməd Vurğunun 90 illik yubileyində Ulu Öndər Heydər Əliyevin yubiley nitqindən video kadrlar nümayiş olundu.

Gecəni giriş sözü ilə açan layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Səməd Vurğun yaradıcılığının aşıq sənəti ilə ayrılmaz bağlarından danışıb. O, dahi şairin istedadlı aşıqların tanıdılmasında və bu qədim sənətin inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

Tədbirin aparıcılığını üzərinə götürən yazıçı-publisist Ramiz Göyüşov şairin yaradıcılıq fəlsəfəsi haqqında ətraflı məlumat verib. O, Vurğun ocağının davamçıları – Yusif və Vaqif Səmədoğluların, eləcə də Aybəniz Vəkilovanın Azərbaycan ədəbiyyatı və incəsənətinə bəxş etdikləri töhfələrdən söz açıb, şairlə bağlı maraqlı xatirələri və tarixi faktları bölüşüb.

Daha sonra çıxış üçün söz ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə verilib. Professor şairin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndinin onun yaradıcılığındakı ilham mənbəyi olduğunu konkret nümunələrlə əsaslandırıb. Yusif Alıyev qeyd edib ki, Səməd Vurğun poeziyasının ana xəttini türkçülük, islam dəyərləri, tarixilik və millilik təşkil edir.

Şairin yaradıcılığını Corc Bayronla müqayisə edən natiq, Vurğun irsinin xalqla daha dərin tellərlə bağlı olduğunu bildirib. O, həmçinin dahi şairin akademik fəaliyyətinə diqqət çəkərək deyib: "Səməd Vurğun təkcə böyük şair deyil, həm də fundamental elmi irs qoyan bir akademik idi. Mir Cəlal Paşayevin dediyi kimi, o, əlinə qələm alanda kağız korlamayan yeganə sənətkar idi."

Yubiley gecəsi rəngarəng musiqi proqramı ilə davam etdi. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, xanəndələr Sahib İbrahimov və Kamilə Nəbiyeva şairin sözlərinə bəstələnmiş mahnıları məharətlə ifa ediblər. Əməkdar artist Zakir Əliyev isə Rəsul Həmzətovun dosta vəfa rəmzi olan "Əziz dostum" şeirini səsləndirib. Aşıqlar Avdı Musayev, Ramin Qarayev, Samir Cəlaloğlu və Şahin Süleymanov isə saz havaları üstündə şairin qoşmalarını ifa edərək salona xüsusi ruh bəxş etdilər.

"Qazax" Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun irsinə verdiyi yüksək qiyməti xatırladıb. O, şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq Sərəncam imzaladığı üçün Prezident İlham Əliyevə bütün ziyalılar və Qazax mahalı adına minnətdarlığını bildirib.

İlham Pirməmmədov 1996-cı ildə Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi haqqında Ulu Öndər Heydər Əliyevin sərəncam imzalandığını və təntənəli şəkildə qeyd olunmasını vurğuladı: 

"Bir il ərzində Azərbaycanın hər bölgəsində Səməd Vurğunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Nəhayət, 1997-ci ilin mart ayında Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Ulu Öndər Heydər Əliyevin iştirakı ilə dövlət səviyyəli yubiley tədbiri keçirildi. Ulu Öndər Heydər Əliyev həmin tədbirdə çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında müstəsna yer tutduğunu xüsusi vurğuladı və dedi: "Səməd Vurğun Azərbaycan xalqının böyük şairidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir və xalqımızın milli-mənəvi sərvətidir.”

Ulu Öndər çıxışında həmçinin qeyd etmişdir ki, Səməd Vurğunun yaradıcılığı xalqımızın milli ruhunu, vətən sevgisini və mənəvi dəyərlərini əks etdirir, onun əsərləri zaman keçdikcə daha da qiymət qazanır və yaşayır.

Mən hesab edirəm ki, Səməd Vurğunun 120 illik yubileyi də bir il müddətində Azərbaycanın hər bölgəsində keçiriləcək və nəhayət, yenə də Heydər Əliyev Sarayında təntənəli yubiley mərasimi təşkil olunacaqdır.

O, keçirilən tədbirin Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ilk tədbir olduğunu vurğulayaraq, keçiriləcək digər tədbirlərdə "Qazax" Xeyriyyə İctimai Birliyinin yaxından iştirak edəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

İlham Pirməmmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun salamlarını tədbir iştirakçılarına çatdırdı və may ayında Səməd Vurğunun 120 illik yubileyinin Qazax rayonunda yüksək səviyyədə keçiriləcəyini qeyd etdi.  Tədbirin aparıcısı Ramiz Göyüşova minnətdarlığını bildirdi: 

"Ramiz müəllim, yubiley tədbirini yüksək səviyyədə apardığınız üçün sizə təşəkkür edirik. Səməd Vurğuna həsr etdiyiniz kitabın nəşr olunması münasibətilə sizi təbrik edirik. Yaxın günlərdə həmin kitabın təqdimatı Səməd Vurğunun Ev Muzeyi və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun Ev Muzeyində keçiriləcəkdir".

İlham Pirməmmədov qeyd etdi ki, 2000-ci ildən etibarən "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hər il 21 mart tarixində Səməd Vurğunun və Fəxri Xiyabanda dəfn olunmuş Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Muğanna və Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq artistləri Leyla Vəkilova və Əminə Dilbazinin, dövlət xadimi Möhsün Poladovun məzarları ziyarət olunur.

Bu il də 21 mart saat 11:00-da Fəxri Xiyabanda Səməd Vurğunun və orada dəfn olunmuş qazaxlıların məzarları ziyarət olunacaqdır. O, bütün Vurğunsevərləri keçiriləcək həmin tədbirə dəvət etdi.

Daha sonra Ramiz Göyüşov tədbirin yüksək səviyyədə təşkil olunmasında gərgin əməyinə görə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Sultanxanım Nəsibovaya təşəkkürünü bildirdi.

Xanəndə və aşıqların birgə ifasında Səməd Vurğunun "Azərbaycan" şeiri xorla ifa olundu. 

Yubiley gecəsi Ulu Öndər Heydər Əliyevin "Azərbaycan" şeirini səsləndirdiyi kadrların nümayişi ilə başa çatdı.

"Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti


Oxunub: 844
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:21 | Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
    Bu gün, 16:19 | Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
    Bu gün, 16:17 | Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
    Bu gün, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Bu gün, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Bu gün, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Bu gün, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Bu gün, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Bu gün, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Bu gün, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Bu gün, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Bu gün, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Bu gün, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Bu gün, 14:03 | “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
    Bu gün, 14:00 | Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
    Bu gün, 13:56 | Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
    Bu gün, 13:50 | İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
    Bu gün, 13:35 | ADA Məktəbində “Məhsul bayramı” keçirildi
    Bu gün, 13:33 | Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
    Bu gün, 13:32 | Azərbaycanda bu sürücülər də imtahan verəcək
    Bu gün, 13:09 | Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?
    Bu gün, 13:07 | Sabah 23 dərəcə isti olacaq
    Bu gün, 12:59 | Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...
    Bu gün, 12:32 | Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
    Bu gün, 12:22 | Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
    Bu gün, 12:17 | Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
    Bu gün, 12:13 | Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Bu gün, 11:58 | Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
    Bu gün, 11:53 | "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
    Bu gün, 11:50 | "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
    Bu gün, 11:38 | Kimin evində varsa, bəxti gətirdi
    Bu gün, 11:35 | İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat
    Bu gün, 11:32 | Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
    Bu gün, 11:27 | Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərindən xəbər var
    Bu gün, 10:47 | ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
    Bu gün, 10:40 | "Brent" nefti ucuzlaşdı
    Bu gün, 10:36 | Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
    Bu gün, 10:31 | Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
    Bu gün, 10:27 | İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
    Bu gün, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Bu gün, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Bu gün, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Bu gün, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Bu gün, 08:53 | Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
    Bu gün, 08:51 | Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
    Bu gün, 07:54 | Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.