Azərbaycan 2-ci Liqası: Ağstafada keçirilməli olan matçın yeri dəyişdirildi
Əlverişsiz hava şəraiti səbəbindən "Ağstafa Gəncləri" komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb. Mediaxeberleri.Az xəbər verir ki, bununla əlaqədar Azərbaycan 2-ci Liqasının 18-ci turu çərçivəsində 16 mart tarixində keçirilməsi planlaşdırılan "Ağstafa Gəncləri" – "Şirvan" oyununun yeri dəyişdirilib. Hər iki klubla aparılan müzakirələrdən sonra Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatı və digər detallar dəyişməz olaraq qalır.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş:





















