Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
  • Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
  • Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
  • Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
  • Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
  • Çox içki içənlərin bədəni niyə ağrıyır?
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
  • “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
  • Azərbaycanda əhalinin borc yükü artdı
  • Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
  • Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
  • Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
  • Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
  • Şövkət Mirziyayev Azərbaycana gəlir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

RAMAZAN AYINI VACİB EDƏN MƏQAMLAR – “Əsas məqsəd aclıq deyil, nəfs üzərində nəzarət və...”

  • Tarix: 20-02-2026, 09:17

“Ramazanın ruhu sadəlik, şükür və təvazökarlıqdır”

“Əgər insan davranışında yaxşılığa doğru dönüş etmirsə, oruc yalnız fiziki ac qalmağa çevrilə bilər"

Məlum olduğu kimi, bu gündən etibarən Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycanda da Ramazan ayı böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu ay boyu məscidlərdə təravih namazları qılınır, ailələr və dostlar iftar süfrələrində bir araya gəlir, xeyriyyə təşkilatları və sıravi vətəndaşlar ehtiyacı olan insanlara yardım edir, qida paylanışları təşkil olunur. Müsəlman dünyasının ən müqəddəs və mənəvi dəyəri yüksək olan bu ayda milyonlarla insan oruc tutur, ibadət edir, xeyirxah əməllərlə məşğul olur.

Ramazan ayı həm də İslamın beş əsas şərtindən biri olan oruc ibadətinin yerinə yetirildiyi aydır. Məhz bu ayda Quranın ilk ayələri nazil edilmiş və müsəlmanlara oruc tutmaq vacib buyurulmuşdur. Ramazan orucu sübh azanından günbatanadək yemək, içmək və digər orucu pozan əməllərdən çəkinməyi şərt qoyur. Bu, yalnız fiziki bir imtahan deyil, eyni zamanda mənəvi saflığa, səbir və nəfsin tərbiyəsinə yönəlmiş ibadətdir.

Dünyanın müxtəlif qitələrində milyonlarla insan eyni vaxtda sübh azanı ilə oruca başlayır, gün batımı ilə iftar süfrəsi arxasında toplaşır. Hazırda dünyada təxminən 2 milyarddan çox müsəlman yaşayır ki, onların da böyük əksəriyyəti Ramazan ayında oruc tutur.

Ramazan ayında vacib bulunan əməllərə 50-dən artıq müsəlman çoxluğa malik ölkədə rəsmi və ya qeyri-rəsmi olaraq riayət olunur. Bundan əlavə, Avropa, Amerika və Asiyada müsəlman icmalarının yaşadığı onlarla ölkədə də Ramazan xüsusi mərasimlər və ictimai tədbirlərlə müşayiət edilir. Böyük şəhərlərdə – London, Paris, Nyu-York kimi mərkəzlərdə belə kütləvi iftar proqramları təşkil olunur.

Qeyd edildiyi kimi, bu il Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edib. Qədr gecələri Ramazan ayının son 10 günündə qeyd olunacaq. Ramazan bayramı isə martın 20-də keçiriləcək.




İlahiyyatçı Fazil Əhməd “AZPolitika”-ya bildirib ki, hər bir ilahi hökmün arxasında bir məna var: "İnsan istənilən sahədə ən uğurlu insana o zaman çevrilir ki, öz istəklərini idarə edə bilsin. Məsələn, bir idmançı öz sahəsində uğur əldə edə bilməsi üçün mütləq nələrisə özünə qadağan etməli, nələrisə vacib saymalıdır. İnsanın inkişafı üçün də müəyyən qadağalar var. Bunu Allah müəyyən edəndə daha mükəmməl olur. İnsanı yaradan Allah daha yaxşı bilir ki, insan hansı yolla mənəvi cəhətdən yüksək pilləyə çata bilər. Bu baxımdan Ramazan ayı ən gözəl fürsətdir. Ümumiyyətlə, dünya psixoloqları qeyd edirlər ki, onların ən uğurlu pasiyenti ən iradəli olanıdır. Məsələn, onlara müraciət edən pasiyentlər arasında iradəsini gücləndirən adam psixoloq tərəfindən müvəffəqiyyətli insan hesab olunur".

İlahiyyatçı qeyd edir ki, mənəvi baxımdan da belədir:"Allah istəyir ki, bəndələri iradə sahibi olsunlar. Nəfsani istəklərin zərəri dində çox qabardılır. Bunların hamısı iradə ilə əlaqəlidir. Ramazan ayı – insanda həm də bu iradəni formalaşdırır ki, zərərli vərdişlərə asılılıq qalmasın, haramdan uzaq durmaq iradəsi formalaşsın".

"Otuz gün insan buna riayət edəndə bu iradə onda formalaşır. İnsan bir hərəkəti ardıcıl edəndə bu, onda adətə çevrilir. Adət çox təkrarlandıqda xasiyyət olur. Xasiyyəti dəyişmək isə çox çətin, hətta bəzən qeyri-mümkündür. Ramazan ayı elə bir aydır ki, hətta xasiyyətə çevrilmiş rəftarları da dəyişə bilər. Allah qatında savab qazanmaq üçün 30 gün oruc tutmaqla zərərli vərdişlərindən uzaq durur. Nəticədə onda təkcə təbii şəkildə yox, həm də psixoloji cəhətdən möhkəm iradə formalaşır", -deyə o, qeyd edib.

İlahiyyatçının sözlərinə görə, İslam “yox”dan başlayır: "Yəni insanın həyatındakı uğurlar nələrəsə “yox” deməkdən, kimlərəsə “yox” deməkdən, öz istəklərinə “yox” deməkdən başlayır. Məsələn, baxırıq ki, insanın 5-6 yerdə mülk var, yenə almağa çalışır. Halbuki iki övladı var və o qədər mülkə ehtiyacı yoxdur.. Allah istəyir ki, insan nədənsə asılı olmasın. Pulu və vəzifəni özünə büt etməsin, onu əlindən alsalar, özünü məhv olmuş kimi hiss etməsin. Allahın belə bir istəyi yoxdur ki, insan nələrdənsə məhrum olsun. Sadəcə istəyir ki, insan onu bədbəxt və dəyərsiz edən nəfsani istəklərdən asılı olmasın. Ramazan ayı həm də bunun üçündür, bu ayda insan özünü idarə etməsi baxımından güclü iradə qazanır. Bəzən Ramazan ayının sonunda şeytan insanın qulağına pıçıldayır ki, artıq günahların bağışlandı, yeni həyata başlaya bilərsən və yenidən günah edə bilərsən. İslama görə isə Ramazan ayının savabının bir hissəsi keçmiş günahların bağışlanmasıdırsa, digər hissəsi bu ayda qazandığın iradə ilə növbəti Ramazana qədər günah etməməkdir".



İlahiyyatçı Əkrəm Həsənov isə bildirib ki, Ramazan ayı İslam dininə görə təkcə yemək içməkdən uzaq qalmaq deyil: "Bu ay həm də insanın mənəvi yenilənməsi, özünü hesaba çəkməsi, iradəsinin möhkəmlənməsi və sosial məsuliyyət hissinin güclənməsi dövrü kimi dəyərləndirilir. Qurani Kərimdə buyurulur ki, oruc sizdən əvvəlkilərə vacib buyurulduğu kimi sizə də vacib edildi ki, təqvaya çatasınız. Burada əsas məqsəd aclıq deyil, insanın daxili tərbiyəsi, nəfs üzərində nəzarət və mənəvi şüurun güclənməsidir. Ramazan ayının ən böyük xüsusiyyətlərindən biri də Qurani Kərimin bu ayda nazil olmağa başlamasıdır. Bu baxımdan Ramazan həm də düşünmək, oxumaq, özünü və həyatın mənasını yenidən dərk etmək ayıdır. İslam alimləri, o cümlədən İmam Qəzali və İbn Rəcəb kimi klassik müəlliflər qeyd edirdilər ki, orucun həqiqi mahiyyəti sadəcə mədənin orucu deyil, dilin, gözün, düşüncənin və davranışın da orucudur. Yəni insan yalnız yeməkdən deyil, pis söz, yalan, qeybət, qəzəb və mənəvi zərər verən davranışlardan da uzaq qalmalıdır.
Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) buyururdu ki, kim yalanı və pis əməli tərk etməzsə, Allahın onun yemək və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Bu hədis göstərir ki, orucun ruhu əxlaqi dəyişiklikdir. Əgər insan davranışında yaxşılığa doğru dönüş etmirsə, oruc yalnız fiziki ac qalmağa çevrilə bilər".

İlahiyyatçı bildirib ki, Ramazan ayı eyni zamanda sosial həmrəylik ayıdır: "Aclığı yaşayan insan ehtiyacı olanların vəziyyətini daha yaxşı anlayır. Zəkat, fitrə və sədəqə kimi ibadətlər bu ayda daha çox vurğulanır. Klassik fiqh alimləri bildirirlər ki, oruc fərdi ibadət olsa da, nəticəsi ictimai fayda yaratmalıdır. Müasir sosial tədqiqatlar da göstərir ki, paylaşma davranışı və kollektiv ibadətlər insanlarda empati və sosial məsuliyyət hissini gücləndirir. Bu baxımdan Ramazan dini ritual olmaqla yanaşı, cəmiyyətin mənəvi sağlamlığına xidmət edən bir institut kimi də qiymətləndirilə bilər".

"Ramazan ayında əsas prinsip niyyətin düzgün olmasıdır. Oruc sadəcə adət kimi deyil, şüurlu ibadət kimi tutulmalıdır. İslam alimləri niyyətin insanın daxili istiqamətini müəyyən etdiyini vurğulamışlar. Bununla yanaşı, gündəlik davranışda səbr, yumşaqlıq, bağışlama, ehtiyac sahiblərinə yardım və ailə münasibətlərində diqqət kimi keyfiyyətlərin ön plana çıxması tövsiyə olunur. Quranda açıq şəkildə israfdan uzaq durmaq, orta yolu seçmək tövsiyə edilir. Təəssüf ki, bəzən iftar süfrələri mahiyyətdən uzaqlaşıb yarış xarakteri ala bilir. Halbuki Ramazanın ruhu sadəlik, şükür və təvazökarlıqdır. Bu ay insanın öz daxilinə qayıtması, həyat tempini bir qədər yavaşladaraq mənəvi tərəfini gücləndirməsi üçün bir fürsət kimi qəbul olunmalıdır", -deyə o qeyd edib.

İlahiyatçı bildir ki, Qurani Kərimdə oruc tutmaq iman gətirənlərə vacib buyurulsa da, eyni zamanda insanın imkanları da nəzərə alınır:"Xəstə olanlar, səfərdə olanlar, yaşlı və sağlamlığı imkan verməyən şəxslər üçün güzəştlər mövcuddur. İslam hüququnun əsas prinsiplərindən biri budur ki, din insanı çətinliyə salmaq üçün deyil, ona yol göstərmək üçün nazil edilmişdir. Quranda Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir buyurulur. Hamilə qadınlar, süd verən analar və ciddi sağlamlıq problemi olan şəxslər oruc tutmağa məcbur deyillər. Onlar vəziyyətlərinə uyğun şəkildə ya sonradan qəza edə, ya da fiqhi qaydalara əsasən fidyə verə bilərlər. Müasir tibbi yanaşmalar da göstərir ki, insan sağlamlığı dinin qoruduğu əsas dəyərlərdəndir. Bu səbəbdən həkim tövsiyəsi ilə orucdan müvəqqəti uzaq qalmaq dini baxımdan günah sayılmır".

E. Bəyməmmədli


Oxunub: 2 212
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Bu gün, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Bu gün, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Bu gün, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Bu gün, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Bu gün, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Bu gün, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Bu gün, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Bu gün, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Bu gün, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Bu gün, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Bu gün, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Bu gün, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Bu gün, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Bu gün, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Bu gün, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Bu gün, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Bu gün, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Bu gün, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Bu gün, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Bu gün, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Bu gün, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Bu gün, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Bu gün, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Bu gün, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Bu gün, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Bu gün, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Bu gün, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Bu gün, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Bu gün, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Bu gün, 13:14 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Bu gün, 13:12 | Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
    Bu gün, 13:07 | Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
    Bu gün, 13:01 | “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
    Bu gün, 12:55 | Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
    Bu gün, 12:51 | Sabahın havası açıqlandı
    Bu gün, 12:42 | Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
    Bu gün, 12:37 | Azərbaycanda avtomobil istehsalı artıb - Foto
    Bu gün, 12:09 | Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
    Bu gün, 12:07 | Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
    Bu gün, 12:03 | Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
    Bu gün, 12:00 | "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
    Bu gün, 11:58 | Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
    Bu gün, 11:54 | "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
    Bu gün, 11:47 | İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
    Bu gün, 11:41 | Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”
    Bu gün, 11:02 | Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı
    Bu gün, 10:53 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
    Bu gün, 10:40 | Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
    Bu gün, 08:36 | Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.