"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
Misli Premyer Liqasında 24-cü tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb.. Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib. Günün ikinci matçıdan isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Ağdam klubu 52 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 14 mart (şənbə) 19:15. “Zirə” - “Qarabağ” - 1:3 Qollar: Joni Montiel, 22 (0:1), Kamilo Duran, 55 (0:2), Ceyhun Nuriyev, 70 (1:2), Kadi Borqes, 72 (1:3) 15:00. “İmişli” - “Sabah” - 0:5 Qollar: Stiv Solvet, 11 (0:1), Coy Lens Mikels, 15-pen. (0:2), 35 (0:3), Kahim Parris, 49 (0:4), Aleksey İsayev, 71-pen. (0:5) 15 mart (bazar) 15:00. “Kəpəz” - “Turan Tovuz” 18:00. “Qəbələ” - “Neftçi” 13 mart (cümə) “Sumqayıt” - “Şamaxı” - 0:1 “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 14 qol Bassalu Sambu ("Neftçi") - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu





















