Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
  • Onlara mənzil əvəzinə pul verilsin – Təklif
  • "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
  • Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
  • Timoteuş Puxaç “Sabah”dan gedir?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“AŞPA-nı “GİROV” GÖTÜRÜBLƏR...” - “Avrointeqrasiyadan daha vacibi dünyaya inteqrasiyadır”

  • Tarix: 23-01-2025, 21:43

Səməd Seyidov: “Bu gün siyasətimizin əsas prioriteti Türk ailəsidir, Türk Dünyası bir-biri ilə əlaqələri getdikcə genişləndirir və yaxınlaşmanı saxlamaq mümkün deyil” 

“Trampın danışdığı dil ümumbəşəri dəyərlərə hörmət dilidir”

"Hamı bezib bu yanaşmadan, bezib bu cür yalanlardan...Bu gün heç nədən Ukraynanı məhv elədilər..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “AzPolitika”-ya müsahibəsində gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:


- Səməd müəllim, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayacaq. Bu gün mətbuata Azərbaycan nümayəndə heyətinin qurumun iclasına qatılmayacağını bildirmisiniz. Bu qərardan əvvəl konfidensial, yaxud işçi qaydada Avropa Şurası qurumları ilə qayıdışla bağlı müzakirələr aparılıbmı?

- Nə konfidensial, nə də başqa formada heç bir müzakirələr olmayıb və ola da bilməz. Biz mövqeyimizi açıq şəkildə hələ keçən ilin yanvarındakı sessiyada bildirmişik. Demişik ki, onlar öz mövqelərindən əl çəkməsələr, Azərbaycana qərəzli münasibət bəsləsələr, bizi törətmədiyimiz məsələlərdə ittiham etsələr və bu istiqamətdə işlər görməsələr Azərbaycan bu vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında işləyə bilməz. Ancaq biz Avropa Şurasının digər qurumları ilə əlaqədəyik. Yəqin ki, xatırlayırsınız, COP29 tədbiri keçirilən zaman Avropa Şurasının Baş katibi Azərbaycanda idi və o, ən yüksək səviyyədə - cənab prezident tərəfindən qəbul olunmuşdu. Danışıqlar əsnasında əlaqələrimizin normallaşdırılması məsələsi də müzakirə olunmuşdu. Ancaq Baş katib Strasburqa qayıdandan sonra həmin təşkilatın başqa bir qolu- AŞPA Azərbaycana qarşı növbəti qərar qəbul etdi. Və bunu biz orada olmaya-olmaya etdi. Təəssüflər olsun ki, bu təşkilat ciddi böhran içərisindədir, onun bir qolu Şvabe və onun ətrafında olan insanlar tərəfindən “girov” götürülüb. AŞPA rəhbərliyinin gücü çatmır ki, onlarla hansısa bir normal, ortaq mövqeyə gəlsinlər.

- Assambleyada Azərbaycana qarşı mövqedə konsensus varmı?

- Konsensus olsaydı, bu hadisələr baş verməzdi. Konsensus yoxdur ki, belə edirlər. Əksinə, orada zəbt, qorxu, təzyiq və ittiham var. Azərbaycanı kim dəstəkləyirsə, dərhal onu qınaq obyektinə çevirir, korrupsiyada, başqa məsələlərdə ittiham edib, qorxutmağa çalışırlar. Bu, bir siyasətdir və biz bunu çox gözəl bilirik. Təəssüf ki, AŞPA özündə güc tapmır ki, bu məsələləri normal şəkildə araşdırsın. Güc tapan zaman biz də normal şəkildə onlarla əlaqə yarada bilərik. Yəni, problem bizdə deyil. Bizim istəyimiz əlaqə qurmaq, işləmək, fikir mübadiləsi aparmaqdır.

- İnsan haqları problemləri qabardılır...

- Azərbaycanda insan haqları məsələsinin problem olduğunu deyirsiniz. Birincisi, bütün ölkələrdə problemlər mövcuddur. İkincisi, onlara deyirik, insan haqları məsələsinə görə siz Azərbaycanı ittiham edirdinizsə, niyə 25 il idi Qarabağda baş verənlərə münasibət bildirmirdiniz? Deməli, siz bunu Qarabağa görə etdiniz. Qarabağ sizin boğazınızdan keçmir. Deməli, Qarabağla bağlı siz normal şəkildə münasibət qura bilmirsiniz. Bir qurum ki, indiyədək Qarabağ sözünü deyə bilmir, “dağlıq Qarabağ” ifadəsini işlədir, hansı ki, belə bir ad yoxdur. Mən necə bu qurumla normal münasibət qurum?

- Azərbaycanla Qərb strukturları arasında münasibətlərin bundan sonrakı perspektivi necə olacaq? Dünyadakı yeni dəyişiklikləri də nəzərə alsaq, Azərbaycanın xarici siyasətində hansısa dəyişikliklər mümkündürmü?

- Hər bir ölkənin apardığı siyasət, burada söhbət yalnız xarici siyasətdən yox, daxili siyasətdən də gedir, nəyə əsaslanır? Hansı istiqamətləri özündə ən əsas məsələlər kimi ehtiva edir ki, o ölkəni, onun apardığı siyasəti, davranışını qəbul etsinlər, onunla hesablaşsınlar, ona hörmət bəsləsinlər, normal münasibət, əlaqə yaratsınlar? Heç bir ölkə öz xarici siyasətində kiminsə əlində alətə çevrilmək məqsədini seçmir. Belə bir siyasət yoxdur. Ola bilsin, Ermənistan istisnadır. O, düşünür ki, kiminsə əhatəsində olsun, kiminsə maraqlarını həyata keçirsin. Millətin maraqları onları maraqlandırmır. Bəlkə Ermənistan bu siyasətlə gedir. Ancaq dünyada əksər ölkələr öz milli maraqları haqqında düşünürlər. ABŞ-nin yeni Prezidenti Donald Tramp dedi ki, “ABŞ-nin maraqlarını birinci hesab edəcəm”. Bizim də mübarizəmiz ondan ötrüdür ki, bizi düzgün qarşılasınlar. AŞPA-da mənə hörmət bəsləməyəcəklərsə, normal münasibət göstərməyəcəklərsə, reallığı qəbul etməyəcəklərsə, Qarabağı qəbul etmirlərsə, bizi etmədiyimiz şeylərə görə ittiham edirlərsə, biz o təşkilatla necə ünsiyyətdə olaq?! Nə zaman ki, bizi başa düşəcək, bizimlə hesablaşacaq və bizi nəzərə alacaqlar, davranışımızı beynəlxalq səviyyədə qəbul olunan davranış kimi götürəcəklər, onda biz də əlaqələrimizi bərpa edəcəyik. Ancaq getdikcə biz görürük ki, Avropa Şurası, Avropa Parlamenti də daxil olmaqla Avropada yerləşən beynəlxalq təşkilatlar başa düşürlər ki, onlar səhv ediblər. Gürcüstan buna bir nümunədir. ABŞ-də yeni prezidentin hakimiyyətə gəlməsi, Fransadakı böhran buna dəlalət edir.

Biz milli maraqlarımızı müdafiə edəcəyik, heç kimin maraqlarıyla öz siyasətimizi təşkil etməyəcəyik. Bizim siyasətimiz Azərbaycan xalqının milli maraqlarını müdafiə etməkdir. Bu siyasətdə artıq böyük işlər görmüşük. Faktiki olaraq ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik və məcbur etmişik ki, bunu qəbul etsinlər.

- Mərhum prezident Heydər Əliyevin dövründən Azərbaycanın milli doktrinasında Avrointeqrasiya istiqaməti əsas götürülüb. Təbii ki, zaman dəyişdikcə siyasətdə də maraqlar fərqlənir, dəyişir, yeni reallıqlar yaranır. Azərbaycan hökuməti bu doktrinaya yenidən baxa bilərmi?

- Avrointeqrasiya Avropaya tabe olmaq demək deyil. Siz Avrointeqrasiya kursu ilə Avropaya tabe olub, onun vassalına çevrilmək siyasətini səhv salmayın. Avrointeqrasiya Avropa tərəfindən Azərbaycanın dəyərli partnyor kimi qəbul olunması, onun maraqlarını qəbul edərək, mövcudluğuna hörmətlə yanaşaraq, apardığı siyasəti nəzərə alaraq yürüdülən bir prosesdir. Avropaya tabe olmaq isə Ermənistana xas xüsusiyyətdir. Bir tərəfdən Rusiya ilə Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, digər tərəfdən də gedib Avropa Birliyinə sənəd yazıb ki, mən bu təşkilata qəbul olunuram, yaxud Amerika Birləşmiş Ştatları ilə strateji partnyor oluram. Niyə? Çünki onu öz milli maraqları maraqlandırmır. Onu o maraqlandırır ki, Amerika, Avropa gəlsin, bunu saxlasın, müdafiə etsin. Özü-özünü müdafiə edə bilmir, müstəqil dövlət deyil. Biz elə siyasət aparmamışıq və aparamayacağıq da.


- Bəs hansı siyasət aparılacaq?

- Avrointeqrasiyadan daha vacibi dünyaya inteqrasiyadır. Avropa da qitələrdən biridir. Bəli, vacib və əhəmiyyətli qitədir. Bizim də istiqamətimiz Ulu Öndərin müəyyən etdiyi istiqamətdir. Ancaq bu gün dünyada Avropadan başqa məsələn, Çin gerçəyi var. Bu 25 il ərzində Çin özü ayrıca bir “dünya” olub. Bu gün ABŞ Prezidenti deyir ki, “Çin bizdən güclüdür”. Təsəvvür edin, bunu ABŞ lideri etiraf edir. Avropadan gələn nümayəndələrlə görüşmüşəm, onlar deyirlər ki, “biz istəyirik ki, Çinlə əlaqə saxlayaq”. Axı demək olar, 25 il bundan əvvəl Çin “yox idi”. Biz də Çinlə əlaqələri qurmaq istəyirik. 25 il bundan əvvəl Türk dünyası fenomeni, Türk Birliyi yox idi. Ancaq bu gün siyasətimizin əsas prioriteti Türk ailəsidir. Prezident Rəcəb Tayyib Ərdoğan demişkən, “dünya beşdən böyükdür”.

Bu gün Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Heç kim Avropadan imtina etmir. Biz inteqrasiyamızı, əlaqələrimizi davam etdiririk. Ancaq biz dünyaya da açıq şəkildə baxırıq. Çinə də, Amerikaya da, Yaxın Şərqə də, Mərkəzi Asiyaya da, Rusiyaya da baxırıq.

- Ermənistan Avropa İttifaqına üzvlüyə can atır, niyyətini parlamentdə təsdiqləyib, həm də Amerika ilə Strateji Tərəfdaşlıq Xartiyası imzalayaıb. Rəsmi Bakının Ermənistanın bu addımları ilə bağlı mövqeyi nədən ibarətdir?

- Ermənistan nə qədər tez başa düşsə ki, ikitərəfli və birbaşa danışıqlar onun üçün daha xeyirlidir, dərk etsə ki, regionda Azərbaycansız hər hansı məsələni həll etmək mümkün deyil, onun üçün bir o qədər yaxşı olar. Bizim təklifimiz ondan ibarətdir ki, Ermənistan heç kimin dalınca qaçmasın. Sən Qafqazda yaşamaq istəyirsənsə, bölgənin ayrılmaz tərkib hissəsi olmaq istəyirsənsə, burada olan ölkələrlə əlaqələrini möhkəmləndir və onların maraqlarını nəzərə al. Bölgədə olan ölkələrin ən güclüsü isə Azərbaycandır. Ona görə də Azərbaycanla ikitərəfli, birbaşa əlaqələr qurmalısan. Ermənistan da bu gün ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır. Görür ki, Fransa, Rusiya, Amerika, İran cəhd göstərdi, amma alınmır. Ən yaxşısı özləri gəlsin, Azərbaycanla bir masada otursun və məsələləri həll etsinlər.

- Bu baxımdan sülh sazişinin 2025-ci ildə imzalanma perspektivini necə görürsünüz? Yəni Azərbaycan Prezidenti 7 yanvar tarixindəki müsahibədə şərtlərini bəyan etdi. Amma Ermənistan silahlanma, Avropa İttifaqı missiyasının mandatını uzatması və s. addımları ilə əks reaksiya göstərdi. Beləliklə, yenə də ziddiyyətlər qalır...

- Ziddiyyətlər Ermənistanın içindədir. Ermənistan özü müəyyən etməlidir ki, Rusiya ilə yoxsa, Qərblə qalır. İkitərəfli münasibətlər qurmaq, yoxsa kimisə bura gətirmək istəyir, real sülh istəyir, yoxsa istəmir, Avropadan gələn müşahidəçilər ona xeyir gətirir, yoxsa mənfi təsir göstərir... Bizimlə sülh müqaviləsi istəyirsə, xoş gəlib, səfa gətirib. Yox, istəmirsə, müqavilə bağlamasın. Sülh müqaviləsi olmasın. Mən onsuz da inkişaf edirəm, işimi görmüşəm - Qarabağı artıq azad etmişəm. Mənim nə qədər görüləsi işim var - Qarabağı dirçəldirəm, xalqımı inkişaf etdirirəm. Sənin isə problemin var - ərazini tanımırlar. Hələ Zəngəzur məsələsi var, onsuz da o yol açılacaq. Sən başa düş ki, kiməsə müraciət etməklə, hansısa məsələyə qaçmaqla özün-özünü daha da pis vəziyyətə salırsan. Ona görə ki, hər şeyin bir zamanı, anı var. O an indi gəlib çatıb - sülh müqaviləsi imzalanmalıdır.

- Zəngəzur dəhlizinin açılması perspektivi daha çox hansı mexanizmlərdən asılıdır?

- Dediyim kimi, dünyada artıq yeni fenomen var. Türk Dünyası bir-biri ilə əlaqələri getdikcə genişləndirir və biz demək olar ki, hər iclasda türk dövlətləri arasında sazişlərin ratifikasiyası ilə məşğuluq. Parlament açılacaq, görəcəksiniz ki, yenə də növbəti sazişlər gələcək. Bu yaxınlaşmanı saxlamaq mümkün deyil. Ona görə cənab prezident dedi ki, “bu yol açılmalıdır və açılacaq”. Ona görə ki, bunun qarşısını artıq heç bir güc saxlaya bilməz. Süni şəkildə sadəcə Türkiyəni, Azərbaycanı və Mərkəzi Asiyanı bir-birindən ayırmışdılar. Onlar da artıq birləşib, bu, tarixi bir prosesdir. Bu prosesi sadəcə yubada bilərlər, necə ki, Ermənsitan indi bunu edir. Dünyada yeni fenomenal tendensiyalar mövcuddur və onlardan biri də türk dünyasının bir-birinə yaxınlaşmasıdır.

- Tramp administrasiyasından bütün dünyanın gözləntiləri var. Eləcə də Cənubi Qafqaz ölkələri axtarışdadır ki, yeni hökumətlə hansı əməkdaşlıqlar qura biləcəklər. Trampın komandasına baxanda görürük ki, xeyli ziddiyyətli fiqurlar var. Tramp dövründə ABŞ-Azərbaycan əlaqələri necə inkişaf edəcək?

- Trampın bu gün danışdığı dil ümumbəşəri dəyərlərə hörmətlə yanaşmaq dilidir. Nə deyir? Ailə dəyərləri, suverenlik, müstəqillik, iqtisadiyyatın inkişafı, dünyada sülh, əminamanlıq və əməkdaşlıq. Kim bunun əleyhinə çıxır? Biz də deyirik ki, sülh olsun, ailələr dağılmasın, müharibələr olmasın. Bayden-Blinken cütlüyünün ən böyük fəlakəti ondan ibarət idi ki, onlar insan haqlarını, ən ali, ümumbəşəri bir məsələni dövlətlərə, qurumlara, təşkilatlara, xalqlara təzyiq vasitəsinə çevirdilər. Tramp əfv fərmanı imzaladı və 1500 nəfəri azad etdi. İndi mənim sizə suallarım var. Bu insanlar nə vaxt həbs olunublar?

- Dörd il bundan öncə, 6 yanvar tarixində.

- Nəyə görə?

- Kapitoliyə hücumla bağlı idi. Seçkinin saxtalaşdırıldığını düşünürdülər...

- İndi baxın. Seçki saxtakarlığına görə ora hücum edən şəxsləri tuturlar. Bunlar kimdirlər?

- Amerika vətəndaşları...

- Yox, siyasi məhbuslardır. Deməli, dörd il ərzində Amerika Birləşmiş Ştatlarında siyasi məhbuslar mövcud olub. Bir beynəlxalq təşkilat ağzını açıb bu haqda danışırdımı? Dünən Tramp özü açıq şəkildə dedi ki, “saxtakarlıq nəticəsində girovlara çevrilmiş insanları azad etdim”. Bax budur ikili standartlar. Sən 1500 nəfəri həbs etmisən və başqa ölkələrdəki siyasi məhbuslardan danışırsan.



- Amma ABŞ-də məhkəmə sisteminə inam var...

- Bəli, məhkəmə sisteminə inamdan danışırsız, amma baxın, Bayden nə etdi? Səlahiyyət müddətinin bitməsinə 12 saat qalmış ailə üzvləri, məhkəmədə olmayan, cinayət işi qaldırılmayan insanlarla bağlı əfv fərmanı imzaladı. Niyə? Onlara qarşı hansısa ittihamlar irəli sürülə bilər. Deməli, ABŞ-də siyasi motivlərlə bağlı qisasçılıq ola bilər. Deməli, var imiş bu söhbət. Çünki sən prezident səviyyəsində bunu imzalayırsan. Niyə Blinken - Bayden cütlüyü Ermənistanın tərəfində dayanırdı? Ona görə ki, belə saxtakarlıqla məşğul olan insanlar idi. O ki qaldı Trampın administrasiyasında olan ermənipərəst, yaxud ermənilərə simpatiyaları göstərən şəxslərə, burada hər şey ola bilər. Biz demirik ki, Tramp gəldi, bütün problemlər yox oldu getdi. Yenə də işləyəcəklər, yenə də problemlər yaradacaqlar. Ancaq dünyada yalana, ikili standartlara, ölkələri məhv etməyə, müharibələrlə ölkələri idarə etməyə qarşı artıq bir ifrat hissi formalaşıb. Hamı bezib bu yanaşmadan. Bu yanaşmalar, solçuların - demokratların yanaşmalarıdır. Ona görə də Amerika xalqı Trampa səs verdi ki, bezib bu cür yalanlardan. Dünya özü bezib. Bu gün heç nədən Ukraynanı məhv elədilər...

- Yeri gəlmişkən, Tramp dövründə Rusiya-Ukrayna müharibəsindən nə gözləyirsiniz?

- Onu heç kim deyə bilməz. Hərçənd, Tramp deyirdi ki, 24 saat ərzində bitirəcək. Amma görürük ki, müharibə dayanmadı. Ukrayna gözəl ölkə idi, bu gün milyonlarla insan ölür, amma müharibə hələ də davam edir.

- İstərdim ki, Azərbaycan ilə Rusiya əlaqələrinə də toxunaq. Təyyarə qəzasından sonra münasibətlərdə belə demək mümkünsə, bir fasilə var. Bakının tələbləri ölkə başçısı tərəfindən elan olunub. Ancaq Rusiyadan qane edəcək səviyyədə bir addım görmürürk. Bu yanaşma tendensiyaya çevrilərsə, münasibətlər necə davam edəcək?

- Söhbət tək Rusiya-Azərbaycan münasibəltərindən getimir. Dünən Lavrov və Mirzoyan bir yerdə idi. Baxın, Ermənsitan bir tərəfdən Avropa Birliyinə ərizə yazıb, ABŞ ilə Starteji Tərəfdaşlıq Xartiyası imzalayır, digər tərəfdən də KTMT-nin, Avrasiya İqitsadi İttifaqının üzvüdür. Halbuki, bu, Avropann maraqlarına zidd olan müqavilədir.

- Aleksey Overçuk da dedi ki, “Titanikə minirsiniz”...

- Bəli. Yəni, buna üzv olursansa, digərindən çıxmalısan. Digər tərəfdən, sizə sual vermək istəyirəm: Hazırda Rusiya ilə Ermənistanın iqtisadi dövrisyyəsi nə qədərdir?

- Ötən il 14 milyard dollar.

- Azərbacyanla nə qədərdir?

- 4,3 milyard dollar.

- Niyə soruşan yoxdur ki, bu necə ola bilər?

- Çünki hər iki tərəfə sərf edir.

- Bəli. Sərf etdiyinə görə də hər şeyə göz yumuralar.

- Sonda quru sərhədlərinin açılması ilə bağlı da sualım var. Bu günlərdə mətbuatda xəbərlər var ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunacaq, çünki Rusiyanın bir çox şəhərlərinə Bakıdan uçuşlar dayandırılıb. Nə düşünürsünüz, sərhədlər nə vaxt açılacaq?

- Nazirlər Kabinetinin qərarından başqa əlavə bir məlumat yoxdur. Aprelin birinə qədər qapalı saxlanılacaq, ondan sonra baxarıq.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info” 


Oxunub: 2 810
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Bu gün, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Bu gün, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Bu gün, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Bu gün, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Bu gün, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Bu gün, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Bu gün, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Bu gün, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Bu gün, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Bu gün, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Bu gün, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Bu gün, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Bu gün, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Bu gün, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Bu gün, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Bu gün, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Bu gün, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Bu gün, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Bu gün, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Bu gün, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Bu gün, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Bu gün, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Bu gün, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Bu gün, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Bu gün, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Bu gün, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Bu gün, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Bu gün, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Bu gün, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Bu gün, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Bu gün, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Bu gün, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Bu gün, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Bu gün, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Bu gün, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Bu gün, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Bu gün, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Bu gün, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Bu gün, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Bu gün, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Bu gün, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Bu gün, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Bu gün, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Bu gün, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Bu gün, 07:51 | Rusiya kütləvi hücuma hazırlaşır - Hədəf budur
    Bu gün, 07:49 | Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
    Dünən, 21:10 | İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
    Dünən, 21:00 | Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
    Dünən, 20:31 | Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.