Mingəçevir Dövlət Universitetinə prorektor təyin olundu
Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə yeni təyinat həyata keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən bu vəzifə Natəvan Namazovaya həvalə edilib. Qeyd edək ki, Natəvan Namazova 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.
Oxunub: 8
Xəbəri paylaş
Paylaş:





















