UEFA Çempionlar Liqası: "İnter" və "Bavariya"dan ilk məğlubiyyət, "Arsenal"dan növbəti qələbə
UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun son oyunları keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, beşinci turun son oyun günündə doqquz qarşılaşma baş tutub. Turun mərkəzi qarşılaşması Londonda baş tutub. Evdə "Bavariya"nı qəbul edən "Arsenal" görüşdən 3:1 hesabı ilə qalib ayrılıb. Bu, Almaniya təmsilçisinin cari Çempionlar Liqası mövsümündə ilk məğlubiyyətidir. "Topçular" isə beş oyunda beş qalibiyyət əldə ediblər. Turun digər oyununda "Atletiko Madrid" evdə "İnter"dən üstün olub. İspaniya təmsilçisi qələbəni matçın əsas hissəsinə artırılmış dəqiqələrdə təmin edib - 2:1. "İnter" cari mövsümdə ilk dəfə məğlubiyyət acısı yaşayıb. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Kopenhagen" - "Kayrat" - 3:2; "Pafos" - "Monako" - 2:2; "Ayntraxt Frankfurt" - "Atalanta" - 0:3; "Liverpul" - PSV - 1:4; "Olimpiakos" - "Real Madrid" - 3:4; PSJ - "Tottenhem" - 5:3; "Sportinq" - "Brügge" - 3:0.





















